REGİONLAR


Azərbaycan əsgərləri Şuşa məscidində namaz qılır VİDEO

Ağdam, 12 noyabr, T.Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşa şəhərində yerləşən Gövhər Ağa məscidində 28 ildən sonra ilk dəfə namaz qılınıb. Bu barədə video sosial şəbəkələrdə yayılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videoda Şuşa məscidinin minarəsində Azərbaycan bayrağının asıldığı və hərbçilərimizin namaz qılmaq üçün məscidə daxil olduğu görünür.

Videonu çəkən hərbçimiz “şükürlər olsun” deyərək məscidə daxil olur.

Qeyd edək ki, 28 ildən sonra – ötən gün Şuşada ilk dəfə azan oxunub.

Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirmişdi ki, 28 il yarım işğal altında olan Şuşanın Azərbaycan tarixində xüsusi yeri var: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.