İDMAN
Azərbaycan hakimi Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təltif olunub
Bakı, 11 oktyabr, AZƏRTAC
Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təltif olunub.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, hakimimizə “qızıl diplom” hazırda Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu dünya çempionatı çərçivəsində təqdim olunub.
Bu diplom 16 il (4 Olimpiya dövrü) ərzində Olimpiya Oyunları, dünya çempionatı, yeniyetmələrin Olimpiya Oyunları, Ümumdünya Yaş Qrupu Yarışlarında qüsursuz fəaliyyətə görə verilir.
Xatırladaq ki, R.Əliyev Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]