Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan idmançıları “Rio-2016” Yay Olimpiya Oyunlarında yeni tarix yazdılar

Bakı, 24 avqust, S.Quliyev, S.Allahverdiyeva, AZƏRTAC

Avqustun 5-dən 21-dək dünyanın diqqəti Braziliyanın Rio-de-Janeyro şəhərinə yönəldi. Əsrarəngiz təbiət, görməli yerləri ilə seçilən məkan bu dəfə öz qapılarını dünyanın ən məşhur idmançılarına açdı. Dörd illiyin zirvə yarışı olan Olimpiya Oyunlarına bu dəfə Rio-de-Janeyro ev sahibliyi etdi. 207 ölkədən idmançıların qatıldığı yarışda 11 mindən artıq atlet birincilik uğrunda mübarizə aparıb. Səksən yeddi ölkənin idmançılarının medal qazandığı yarışda Azərbaycan komandası Vətənə 18 medalla qayıdıb. Komandamız 1 qızıl, 7 gümüş və 10 bürünc medalla mötəbər yarışı 39-cu pillədə başa vurub.

AZƏRTAC xəbər verir ki, ölkəmizə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb. Azərbaycan sübut etdi ki, taekvondo çempionları yalnız bu döyüş növünün vətənində yaşamır. Koreya Respublikası 2 qızıl və 3 bürünc medalla taekvondodakı üstünlüyünü “Rio-2016”da da göstərdi. Bununla yanaşı, Azərbaycan, Böyük Britaniya və Afrika ölkələrindən olan idmançılar bu idman növünün öz Vətənindən kənarda yayıldığını nümayiş etdirdilər. Azərbaycanlı taekvondoçular XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 2 bürünc medal əldə etdilər. Rio Olimpiadasında 80 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan taekvondoçusu Radik İsayev Nigeriya idmançısı Abdulrazzak İssufu 6:2 hesabı ilə məğlub edərək qızıl mükafat qazanıb. Digər taekvondoçularımız Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medala sahib olublar.

Rio Olimpiadasında dördüncü yeri qazanan Azərbaycanın taekvondo üzrə yığma komandası MDB ölkələri arasında birinci, Avropada ikinci sırada qərarlaşıb. Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi “Rio-2016”da ən yaxşı yığmalardan biri olub.

Başa çatan Rio-de-Janeyro Yay Olimpiya Oyunları Azərbaycan güləş tarixində də yeni səhifə açıb. Pəhləvanlarımız 4 illiyin zirvə yarışında digər Olimpiya Oyunları ilə müqayisədə daha çox medal qazanıblar. Rio-de-Janeyroda mübarizə aparan 14 güləşçimizdən 9-u Vətənə medalla qayıdıb. Medallardan 3-ü gümüş, 6-sı isə bürüncdür.

Yarışların ilk üç günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq) və Sabah Şəriətinin (130 kq) timsalında bürünc medala yiyələnib. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 5 güləşçi ilə təmsil olunan yığmamız 2 bürünc medala sahib olub və Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 3-cü nəticə göstərib.

Qadın güləşçilərin yarışında Azərbaycan 3 idmançı ilə təmsil olunub. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edən güləşçilərimiz 1 gümüş və 1 bürünc medal əldə ediblər. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnsə də, Nataliya Sinişin (53 kq) bürünc medalı boynuna taxıb. Bu nəticə ilə qadın güləşi yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 4-cü yeri tutub.

Yarışların son üç günündə mübarizə aparan sərbəst güləş yığmamız güləş tariximizdə yeni bir səhifə yazıb. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 6 idmançı ilə təmsil olunan sərbəst güləş yığmamız 2 gümüş və 3 bürünc medala layiq görülüb. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) qazanıblar. Medalların sayına və Dünya Güləş Birliyinin tərtib etdiyi ənənəvi reytinq sıralamasına görə, yığmamız bütün komandaları qabaqlayıb və ilk sırada qərarlaşıb.

Pəhləvanlarımız Rio-de-Janeyroda güləş idman növündə qazanılan medalların sayına görə Rusiya ilə ilk sıranı bölüşdülər - hərəyə 9 medal. Sərbəst güləş yığmamız isə qazandığı medalların sayına görə birinci olub.

1996-cı ildə Atlantada 1 gümüş, 2000-ci il Sidney Olimpiadasında 1 qızıl, 2004-cü ildə Afinada 1 qızıl, 2008-ci il Pekin Olimpiadasında 2 gümüş, 2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal qazanan güləşçilərimiz Rio-de-Janeyro Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 9 medal əldə edib və güləş tariximizdə yeni bir səhifə açıb.

Statistikaya nəzər salsaq görərik ki, güləşçilərimizin 4 illiyin zirvə yarışında qazandıqları medalların sayında hər dəfə artım müşahidə olunur. Bu dəfə yeganə çatışmayan qızıl medal oldu. İnanırıq ki, gələcəkdə güləşçilərimiz daha böyük əzmkarlıq nümayiş etdirərək qazanılan medalların keyfiyyətinin daha da yaxşılaşdırılması üçün əllərindən gələni edəcək, həmişə olduğu kimi bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcəklər.

“Rio-2016”da cüdoçular 7 gün ərzində 14 dəst medalın sahibini müəyyənləşdiriblər. Yarışa 6 kişi cüdoçu ilə qatılan Azərbaycan millisi Olimpiadada 2 gümüş medal əldə edib. Rüstəm Orucov 73, Elmar Qasımov 100 kq çəki dərəcəsində finaladək irəliləyib və yalnız həlledici qarşılaşmada uduzublar.

Azərbaycan boks millisi “Rio-2016”da final həyəcanı yaşayan 12 ölkədən biri olub. Belə ki, 13 medal dəsti uğrunda mübarizə aparan 11 boksçumuzdan - Lorenzo Sotomayor (64 kq) həlledici qarşılaşmada qüvvəsini sınayıb. Bununla, boks tariximizə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız özbəkistanlı rəqibinə uduzsa da, gümüş mükafata layiq görülüb. Daha bir boksçumuz - Kamran Şahsuvarlı (75 kq) da Braziliyadan medalla qayıdıb. Olimpiyaçımız yığmanın hesabına bürünc mükafatı yazdırıb.

Nəticədə, Olimpiya Oyunlarını bir gümüş və bir bürünclə başa vuran boks komandamız “Rio-2016”da 10-cu yerə şərik olub. Kolumbiya ilə eyni göstəriciyə malik ölkəmiz Avropada dördüncü olub. Yalnız Fransa, Rusiya və Böyük Britaniya daha öndə qərarlaşıb. Qazaxıstanın boksçuları Asiyada mübarizə apardığından Azərbaycan Avropada ilk dördlükdə qərarlaşıb.

Medal sayında birinci yeri isə Özbəkistan tutub. Kuba kimi nəhənglə eyni sayda qızıl medal qazanan asiyalılar digər mükafatlarda da onları qabaqlayıblar. Fransa isə siyahıda üçüncü olub. Ümumilikdə, 19 ölkənin idmançısı medala yiyələnib. Bunlardan on ikisi final həyəcanı yaşayıbsa, yeddisi yalnız bürünc qazanıb. Himni səslənən ölkələrin sayı isə səkkiz olub.

Rio Olimpiadası Azərbaycan avarçəkənləri üçün də uğurlu olub. Valentin Demyanenko birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş, İnna Osipenko-Radomskaya birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Azərbaycan ilk dəfə Olimpiya Oyunlarında avarçəkmə növündə medal qazanaraq idman tariximizdə yeni səhifə açıb.

On səkkiz medalla Olimpiadanı başa vuran Azərbaycan komandası medalların sayına görə 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri tutub. Bu nəticəyə görə respublikamız islam, türk və Qafqaz ölkələri arasında lider olub. Həmçinin idmançı sayının qazanılan medallara nisbətinə görə Azərbaycan Olimpiadanın lider dövlətlərindən olub.

Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısıdır. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında olmaqla 3 hakimlə də təmsil edilib.

Ölkəmizin müstəqil dövlət kimi 1996-cı ildə ilk dəfə qatıldığı Olimpiya Oyunlarından bu günədək medal sayında artım müşahidə olunur. Xronologiyanı diqqətə çatdırırıq:

“Atlanta-1996” Yay Olimpiya Oyunları - 1 medal (0-1-0)

“Sidney-2000” Yay Olimpiya Oyunları - 3 medal (2-0-1)

“Afina-2004” Yay Olimpiya Oyunları - 5 medal (1-0-4)

“Pekin-2008” Yay Olimpiya Oyunları - 7 medal (1-2-4)

“London-2012” Yay Olimpiya Oyunları - 10 medal (2-2-6)

“Rio-2016” Yay Olimpiya Oyunları - 18 medal (1-7-10).

Bu uğurların əsasında Azərbaycanda idmana göstərilən dövlət qayğısı durur. Ölkəmizdə idman infrastrukturunun möhkəmləndirilməsi, yeni Olimpiya İdman komplekslərinin inşa olunması, idmançıların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına imkan yaradır. Həmçinin irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edən respublikamız həmişə beynəlxalq idman qurumlarının diqqət mərkəzində olub. Yüksək təşkilatçılıq bacarığı ilə seçilən ölkəmiz ötən il ilk Avropa Oyunlarını müvəffəqiyyətlə keçirərək dünyanın diqqətini Bakıya yönəltməyi bacardı. Ölkəmizdə cari ildə “Formula-1” Avropa Qran-prisi təşkil olundu, sentyabrda isə 42-ci Dünya Şahmat Olimpiadası keçiriləcək. Gələn il isə paytaxtımız IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

Azərbaycan idmançıları bundan sonra da əzmkarlıq göstərərək növbəti Yay Olimpiya Oyunlarına hazırlaşacaqlar. Əminik ki, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada Azərbaycan yığması ölkə idmanı tarixində yeni uğurlara imza atacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəza siqnalı göndərən ABŞ hərbi təyyarəsi Almaniyaya eniş edib

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib

Abbas Əraqçi: İran və Omanın Hörmüz boğazı ilə bağlı razılaşması regional nizamlanmanın nümunəsidir

Blokada səbəbindən 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qalıb

"Sabah"ın futbolçusu: Meydana daxil olanda uşaqlar deyirdi ki, sən qol vuracaqsan

Hindistanda dörd qolu və dörd ayağı olan körpə dünyaya gəlib

Valdas Dambrauskas: Dünyanın ən xoşbəxt baş məşqçisiyəm

Coy Lens Mikels: Çox çətin oyun oldu

“Sabah”ın özbəkistanlı futbolçusu: Liqa mərhələsinə yüksələcəyimizə inanırdıq

Suriya Demokratik Qüvvələrinin buraxıldığı elan olunub

ABŞ-da bayraqlar bir həftə yarıyadək endiriləcək

Sabah Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Vergi idarəsinə haker hücumu: yüzlərlə zərərçəkən dövlətə qarşı kollektiv iddia qaldırır

Salyanda ölümlə nəticələnən yol qəzası olub

"Sabah" ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB 10

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq

Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ

Ekspert: Gələcəkdə əsas təhlükə AI-nin özü deyil, insanların ondan necə istifadə etməsi olacaq

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur

Bu saata olan əsas xəbərlər

“Sabah” - “Hapoel” oyunu üçün start heyətlər bəlli olub

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

Azərbaycan hərbçiləri üçün 4 aylıq ingilis dili kursu açılıb

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

Tramp ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin azaldılmasına göstəriş verib

Bakı-Daşkənd-Ankara xətti Avrasiyada yeni geosiyasi tarazlığın əsas dayaqlarından birinə çevrilir ŞƏRH

Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Azərbaycan-Özbəkistan münasibətləri regional strateji maraqların vəhdətinə əsaslanır ŞƏRH

Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir

Naxçıvanda avqust ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub

Azərbaycan-Özbəkistan münasibətləri dövlətlərarası əməkdaşlıqdan ortaq inkişaf modelinə yüksəlir - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

Bakıda 66 yolötürücüsü və körpüyə baxış keçirilib

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

Avropa çempionatı: Belçikanın voleybol millisi Rumıniyanı məğlub edib

Daşkəndlə tərəfdaşlıq Azərbaycanın digər regional bazarlarla əlaqələrində əlavə imkan yaradır ŞƏRH

Şirin Məlikova: Milli İncəsənət Muzeyinin Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərində iştirakı bizim üçün xüsusi əhəmiyyət kəsb edən hadisə oldu

Bir il əvvəl qonaq kimi getdi, indi tələbə kimi qayıdır - Amal Mirzəyevin hekayəsi

Gəncədə əmək yarmarkası: 27 müəssisə, 168 vakansiya

Azərbaycan-Özbəkistan aqrar əməkdaşlığında yeni imkanlar yaranır – ŞƏRH

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

Mərkəzi Bank rəsmisi Daşkənddə süni intellektin maliyyə sektoruna təsirindən danışıb

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

® “Azercell” qadınları dəstəkləyən müsabiqə elan edir

Bakıda keçiriləcək beynəlxalq güləş yarışları üçün Azərbaycan yığmalarının heyəti açıqlanıb

Malik Mansurov: Azərbaycan və Özbəkistan musiqiçilərinin hər görüşü yeni bir məktəblə tanışlıq imkanı yaradır

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb – QRAFİK

Sakit okeandakı Vanuatu adalarında vulkan püskürüb

“Sabah”ın oyunu ilə əlaqədar stadionun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb

Oğuzda çiyələk istehsalı genişləndirilir - hədəf xarici bazarlardır

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq

Məşhur futbolçular Portuqaliya klubunun səhmlərini satın alıblar

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Britaniyanın dənizçilik şirkəti Azərbaycanda birgə müəssisə yaradıb

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

® Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

İsmayıllı, Ağsu və Qəbələ sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Su Ehtiyatları Agentliyi yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb VİDEO

Pakistanlı kinorejissor: Azərbaycan və Pakistan kinematoqrafçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi vacibdir

Əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyələnir

Qədim şəhərə səyahət: Gənclər Qəbələnin tarixi irsi ilə tanış olublar

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

“F-Holding”in təsisçisi: Azərbaycan-Özbəkistan əməkdaşlığında iqtisadi potensial tam reallaşdırılmalıdır

Qədim əlyazmalardan süni intellektə qədər: Daşkənddə İslam Sivilizasiyası Mərkəzi - REPORTAJ VİDEO

Qədim əlyazmalardan süni intellektə qədər: Daşkənddə İslam Sivilizasiyası Mərkəzi - REPORTAJ VİDEO

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında bu il torpaq üzrə 803 nümunə qəbul edilib

Qarabağ Dirçəliş Fondunun 2025-ci il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçib

Bakı Dövlət Universitetinə tələbə qəbulu üçün qeydiyyat “mygov” üzərindən aparılacaq

Münsiflər heyətinin sədri: Film sahəsindəki gənclərimizin yaradıcılığında böyük potensial görürük

Göygöldə salınan 66 hektarlıq intensiv bağ meyvəçiliyin yeni imkanlarını nümayiş etdirir VİDEO

Göygöldə salınan 66 hektarlıq intensiv bağ meyvəçiliyin yeni imkanlarını nümayiş etdirir VİDEO

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

Almaniya daha 23 əfqan miqrantı deportasiya edib

Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ ortaq regional gücün formalaşdırılmasıdır RƏY

Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri davam etdirilir

AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib

“Hapoel”in keçmiş qapıçısı: “Sabah” yaxşı komandadır, vəziyyəti öz xeyrinə dəyişə bilər