CƏMİYYƏT
Azərbaycan ilə Rusiya arasında hərbi sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirələr aparılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin hərbi sənaye kompleksləri departamentinin direktoru Konstantin Tarabrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə dekabrın 6-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndələri arasında görüş keçirilib.
MSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiyanın hərbi sənaye kompleksləri arasında əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti səfər çərçivəsində nazirliyin müəssisələrində də olub.
Səfər bu ilin oktyabrında Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev ilə Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev arasında Moskvada keçirilən görüş zamanı əldə olunmuş razılığa əsasən reallaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]