SİYASƏT
Azərbaycan ilə San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub VİDEO
Nyu-York, 26 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində keçirilən görüş zamanı tərəflər "Azərbaycan Respublikası və San Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommunike" sənədi imzalayıblar.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York