Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir

Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir

Bakı, 6 fevral, AZƏRTAC

Qadın tərəqqiyə gedən yolda ictimai varlıq kimi

Qadın tarixin müxtəlif mərhələlərində cəmiyyətdə təkcə bioloji varlıq kimi mövcud olmaq sərhədini aşaraq, ictimai status qazanıb, sosial varlıq kimi müxtəlif funksiyaları icra edərək tərəqqiyə gedən yolda töhfələr verib.

Tarixə nəzər saldıqda qadınların dünyanın müxtəlif bölgələrində maariflənmə prosesində rolunu maraqlı yanaşmalarla izah etmək olar. Belə ki, XVIII əsrdə Avropada qadınların təkcə məhdud səlahiyyətləri olan ictimai varlıq kimi qəbul edilməsi istiqamətində mövqelər tədricən azalmağa başladı. Bunun əsas səbəbi qadınların cəmiyyətə faydalı ola biləcək cəhətlərini işıq üzünə çıxardacaq bir sıra cəmiyyətlərin, klubların yaranması ilə bağlı idi. İlk olaraq Fransada “salon” adlandırılan yığıncaqlar təşkil olundu. Burada ziyalı qadınlar toplaşaraq maariflənmənin əhəmiyyətini təbliğ etməyə çalışırdılar. Onlar qadının musiqi, ədəbiyyat, incəsənət, siyasət, iqtisadiyyat kimi sahələrə çıxışının olmamasının nə kimi problemlərə gətirəcəyini müxtəlif yollarla sübut etməyə çalışırdılar və həmcinslərini bu baxımdan aktiv olmağa çağırırdılar. Qadınları teatra getməyi, ədəbiyyat nümunələri ilə tanış olmağı, siyasi prosesləri izləməyi və öz hüquqlarını öyrənməyi məsləhət görürdülər. Sonrakı mərhələdə isə “debat cəmiyyətləri” adı verilən görüşlər təşkil edildi. Burada müxtəlif məşhur yazıçıların əsərlərindən parçalar oxunurdu, qadınlar biliklərini bölüşürdülər. Söz yox ki, bu sırada Azərbaycan qadınlarının da maariflənmə prosesində rolu danılmazdır.

Təhsilli qadın təhsilli millət deməkdir

Azərbaycan qadını hər zaman zəriflik, incəlik, müqəddəslik rəmzi olub, eyni zamanda, dərin düşüncəsi və müdrikliyi ilə həm dövlətçiliyin inkişafında, həm də müxtəlif sahələrin tərəqqisində önəmli rol oynayıb. Xalqımız olduqca həssas dönəmlərdən keçməli olub. Məhz bu məqamlarda Azərbaycan qadınlarının nümayiş etdirdiyi iradə, fədakarlıq, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək sayılmalıdır.

Xalqımızın maariflənməsində, milli oyanmanın baş qaldırmasında maarifçi qadınların böyük rolu olub. Araşdırdığımız mövzu ilə bağlı həmsöhbətimiz - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qədim dövrlərdən günümüzədək qadınların Azərbaycan cəmiyyətində rolunu fərqli aspektlərdən təhlil edir: “Azərbaycanda qadın fəallığının əsasları və ənənələri, onun mənbələri dərindən dərk edilərək maraqla öyrənilir. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər. Tarixin müxtəlif mərhələlərində bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də var. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada yeni gender münasibətlərinin kontekstini yaradırdılar. Məhz onlar, adi xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər sosial fəal qadın qruplarının formalaşmasına dəstək oldular.

Azərbaycanın görkəmli ziyalıları xalqı maarifləndirmək, ona öz hüquq və vəzifələrini anlatmaq yolu ilə ictimai rəyə təsir göstərməyə çalışır, jurnalist və publisistlər “qadın bir şəxsiyyət kimi azad olmayınca onun problemləri həll olunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Öz səhifələrində qadın mövzusuna yer verən “Şərqi-Rus”, “Həyat”, “Səda”, “İrşad”, “Tərəqqi”, “Kaspi”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Dirilik”, “Zənbur”, “Tuti”, “Babayi-Əmir” və s. qəzet və jurnallar qadının əsasən üç mühüm problemindən – təhsil, ailə-nikah və sosial məsələlərdən bəhs edirdi. XX əsrin ilk illərində Azərbaycan qadınlarının mühüm problemlərindən biri təhsil almaq imkanının məhdudluğu idi. Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir. Azərbaycanda qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığını saxlayıb”.

Maariflənmə hərəkatının vüsət almasında Azərbaycan qadınlarının əsas fəaliyyəti

Qadın azadlığı uğrunda mübarizənin ön səhnəsinə birinci olaraq imtiyazlı sinfin qadınları çıxıblar. Onlar yaxşı anlayıblar ki, qadın istər ailədə, istərsə də cəmiyyətdə özünü ifadə etmək istəyirsə, mütləq təhsil almalı, iqtisadi cəhətdən təmin olunmalıdır. Zaman görkəmli ziyalılarımızın zəhmətlərinin hədər getmədiyini göstərdi. Azərbaycan qadınları ictimai-siyasi həyatda da görünməyə başladılar. Hətta onlar artıq yetişmiş problemlərini qadınların özləri tərəfindən ictimai rəyə çatdıran “İşıq” kimi sırf qadın qəzetinin meydana çıxmasına nail oldular. 1911-ci ildə Xədicə Əlibəyovanın redaktorluğu ilə çıxan “İşıq” qəzeti qadınların hüquqlarının qorunması, onların maariflənməsi üçün bütün ziyalı vətəndaşları səfərbər etdi. Az ömürlü (cəmi iki il) “İşıq” qəzetinin müəllifləri təkcə Azərbaycan maarifçiliyi ideyalarının zirvəsində durmur, hətta bərabər seçki hüquqları uğrunda mübarizədə (Həlimə Axundova), qadın birliklərinin (Münəvvər Əlixanova), qadın vətənpərvərlik təşkilatlarının (Həyatxanım Çayqırağlı) yaradılmasında iştirak edirdilər. Q.Məlikova-Zərdabi, A.Əfəndiyeva, X.Əlibəyova, X.Vəzirova və bir çox başqaları, artıq özləri təhsil prosesinin mərkəzində yerləşir, onu yaradır və azərbaycanlı qızlar üçün məktəbdə müəllimlik edirdilər. Sosial sarsıntılar dövründə əsl təşkilatçılıq qabiliyyəti ilə fərqlənmiş gənc qadınların - Q.Cavanşir, A.Axundzadə, Q.Qazıyeva və digərlərinin adlarını çəkmək olar. Eyni zamanda, Avropa təhsilli X.Əzizbəyova, Ş.Əfəndiyeva, M.Bayraməlibəyova, R.Əzimzadə artıq özlərini siyasət zəminində axtarırdılar. Onlar maarifçilik və xeyriyyəçilik çərçivəsindən kənara çıxan qadın cəmiyyətləri yaradır və onlarla işləyirdilər. Azərbaycan artıq XX əsrin əvvəllərində müsəlman Şərqində qadınların öz hüquqları uğrunda mübarizə apardığı ilk ölkə idi. Bu sosial hərəkata Avropa ölkələrində dünyəvi təhsil almış qadınlar başçılıq edirdilər. İlk qadın xeyriyyəçilik-qəyyumluq ittifaqını istedadlı pedaqoqlar Məryəm Bayraməlibəyova və Rəfiqə Əzimzadə təşkil edə bildilər.

Müasir Azərbaycan qadınının ictimai fəallığının və sosial statusunun təhlili

Tarixin müxtəlif dövrlərində örnək kimi qəbul edilən qadınlar olub və indi də vardır. Onlardan bir neçəsinin adlarını qeyd etmək olar: ilk qadın pedaqoq Mədinə Qiyasbəyli; ilk dramaturq Səkinə Axundzadə; həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkar Ağabacı Rzayeva; Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, ilk xanım opera müğənnisi Şövkət Məmmədova, balet sahəsində ilk qaranquş olan Qəmər Almaszadə, ilk peşəkar rəssam Maral Rəhmanzadə, ilk qadın heykəltəraşı Zivər Məmmədova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya.

İlk qadın akademik – Validə Tutayuq biologiya sahəsində ilk qadın elmlər doktoru, professordur. 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilərək ilkə imza atıb. Məhz akademiyanın həqiqi üzvü seçildikdən sonra, nəhayət, Azərbaycan elminin də qadın akademiki olub. İlk qadın nazirimiz xarici işlər naziri Tahirə Tahirova olub. O, həm də neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis idi. Azərbaycanda ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq Tamilla Nəsirovaya nəsib olub. İlk uşaq pediatrı Adilə Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biridir. İlk qadın oftalmoloq Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində həm də ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılıb. Həmin sırada elmimizin fəxri, tanınmış şərqşünas, professor Aida xanım İmanquliyevanın adını xüsusi qeyd etmək lazımdır.

H.Hüseynova mövzunu bu fikirlərlə davam etdirib: “Danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin işğal olunması kimi çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapmağı bacardılar. Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində fəal iştirak etməyə başladılar. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Zəhra xanım Quliyeva Komitənin sədri təyin edildi. “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Sərəncam və Fərman qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün zəmin yaratdı. Azərbaycan Respublikası Qadınları təşkilatlanaraq problemləri müzakirə edir, bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırırlar. Bu baxımdan, Azərbaycan qadınlarının 1998, 2003, 2008 və 2013-cü illərdə keçirilmiş qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Mən xüsusilə qeyd etmək istəyirəm ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var idi”.

Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil Respublikamızın tərəqqisinə böyük töhfələr verəcək”. Azərbaycan əhalisinin ümumi sayının 50,1 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların ictimai – siyasi, elmi, mədəni, sosial – iqtisadi və digər sahələrdə qazandıqları uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Sahibkarlığın, xüsusi ilə qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva bir çox ictimai-siyasi xadimlərə nümunə olacaq işlər görür. Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi ölkələrində, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz bir çox ölkələrin birinci xanımları onun fəaliyyətindən yararlanır, təcrübəsindən istifadə edirlər. Əlbəttə, bu, bizim üçün fəxrdir.

Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz. Azərbaycanda qadınlar da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik”.

Pərvanə İmanova

AZƏRTAC-ın müxbiri

“Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib