Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan sənətşünaslıq elmində xüsusi yeri olan alim

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş sərgi açılıb

Bakı, 9 yanvar, AZƏRTAC

Ziyadxan Əliyevin Azərbaycan sənətşünaslıq elmində xüsusi yeri var. O, 40 ildən çoxdur ki, təsviri sənətimizin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığını ardıcıl araşdırmaları ilə yerli və xarici ölkələrin mətbuatında təbliğ etməkdədir. Bu mənada ABŞ, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə mətbuatında çap olunan elmi-publisistik məqalələri qeyd etmək olar. O, hər zaman çox cəsarətli sənətşünas kimi əsl sənət fədailərindən yazıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Rəssamlar İttifaqında açılmış sərgidə səslənib.

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Ziyadxan Əliyevin yaradıcılığından söz açıb. Bildirib ki, Ziyadxan Əliyev 20-dən çox monoqrafiyanın və yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. Z.Əliyev, həm də Azərbaycan Rəssamlar İttifaqının nəzdindəki “Tənqid və sənətşünaslıq” bölməsinin sədri kimi milli incəsənətimizi fəal şəkildə nəinki respublikamızda, onun sərhədlərindən çox-çox uzaqlarda da təbliğ etməkdədir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, şair-publisist Azər Abdulla və başqaları vurğulayıblar ki, Ziyadxan Əliyev müasir Azərbaycan sənətşünaslığında təsviri sənətin ən müxtəlif problemləri haqqında dolğun və ətraflı tədqiqat işi aparan, tədqiqatlarını çoxsaylı kitablar, məqalələr və kataloqlar şəklində ictimaiyyətə təqdim edən alim kimi tanınır. Ziyadxan Əliyev hər bir yeni işində axtarışlara meyilli olan və faktlara əsasən yeni söz deməyi bacaran sənətşünasdır.

Qeyd edilib ki, o, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonra isə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976-1982) təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür.

Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayan Z.Əliyev, əvvəlcə elmi işçi, sonra isə “Qərbi Avropa və rus incəsənəti” elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı usta Qənbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub. Etiraf edilib ki, bu cür uğurlu elmi atribusiyalar milli sənətşünaslığımızda və muzeyşünaslığımızda rast gəlinən nadir hadisələrdəndir.

Sənətşünas Ziyadxan Əliyev həm də təsviri sənətimizin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. O, hələ təhsil illərində “Qobustan” jurnalında “Şamaxının qədim abidələri” adlı ilk məqaləsini çap etdirməklə sənətşünaslıq elminə qədəm qoyub. Bundan sonra onun yüzdən çox elmi məqaləsi həm Azərbaycanda, həm də xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunub.

O, təsviri sənət sahəsində həm də bir çox elmi tapıntılara nail olmuş mütəxəssis kimi tanınır. Onun 1989-cu ildə nəşr olunmuş “Azərbaycan ekslibrisi” kitabı apardığı tədqiqatın nəticəsində işıq üzü görüb. Bu nəşrdə o, ilk ekslibrisin - kitab nişanının Avropadan da çox qabaq Şərqdə - Azərbaycanda yaradıldığını sübut edib. Bu yaddaqalan işdən sonra Ziyadxan Əliyev XIX əsr Azərbaycan təsviri incəsənətində öz möhtəşəm yaradıcılıq irsi qoymuş Mir Möhsün Nəvvabın yaradıcılığı haqqında kitab yazıb. “M.M.Nəvvabın rənglər aləmi” kitabında rəssamın təsviri sənət sahəsindəki bütün irsi ətraflı təhlil edilib.

Qeyd edilib ki, sənətşünasın təşəbbüsü və axtarışları nəticəsində hələ sovet dönəmində - 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində respublikada ilk dəfə olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Əzizim Vətən yaxşı...” adlı tarixi sərgi təşkil olunub.

Ziyadxan Əliyevin çoxsaylı kitabların və kataloq mətnlərinin müəllifi olduğunu bildirən natiqlər müəllifin Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş “Sənətin Məcnunu” kitabını xüsusi qeyd ediblər. Səttar Bəhlulzadə yaradıcılığının öyrənilməsinə ömrünün 30 ilini həsr edən sənətşünasın yazdığı bu kitabı təqdirəlayiq tədqiqat əsəri kimi dəyərləndiriblər.

Ziyadxan Əliyevin bir alim kimi gənc sənətşünasların yetişməsində müstəsna xidmətləri olduğunu söyləyən çıxışçılar vurğulayıblar ki, o, hazırda elmi-pedaqoji fəaliyyətini davam etdirir. Bildirilib ki, uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İncəsənət tarixi fənnindən dərs deyən Ziyadxan Əliyev hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır. O, müxtəlif elmi-nəzəri konfransların iştirakçısı və məruzəçisi olub, ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda təşkil olunan rəssamlıq sərgilərinin təşkilində yaxından iştirak edib.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin hazırda yeni-yeni mövzular üzərində işlədiyini söyləyən natiqlər onun qədim milli-mənəvi dəyərlərimizin indiyə qədər qaranlıq qalan səhifələrinə işıq sala biləcək axtarışları davam etdirəcəyinə və yeni tapıntılarla sənətşünaslıq elminə layiqli töhfələr verəcəyinə inamlarını ifadə ediblər.

Tədbir çərçivəsində Ziyadxan Əliyevin 70 illik yubileyinə həsr olunmuş “Sənətşünas taleyi” kitabının da təqdimatı olub. Kitaba sənətşünasın müxtəlif illərdə respublikamızın qəzet və jurnallarında çap olunmuş məqalələri və sənət haqqında fikirləri daxil edilib.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən yubilyar bundan sonra da Azərbaycan rəssamlarının yaradıcılığına işıq salacaq yeni əsərlərlə sənətsevərlərin görüşünə gələcəyini söyləyib.

Sonra iştirakçılar Ziyadxan Əliyevin anadan olmasının 70 illiyi münasibətilə açılmış sərgi ilə tanış olublar.

Sərgidə sənətşünasın uzun illər haqqında yazdığı rəssamların ən dəyərli əsərləri nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

Qlobal Cənubda ilk süni intellekt sammiti başlayır

Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub

Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub  YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub YENİLƏNİB VİDEO

Misli Premyer Liqası: “Zirə” autsayderi məğlub edib

Naxçıvanda dəm qazı faciəsi - ölənlərin sayı artıb  YENİLƏNİB VİDEO

Naxçıvanda dəm qazı faciəsi - ölənlərin sayı artıb  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə görüşüb  YENİLƏNİB VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olunub

Prezident İlham Əliyev Münxendə panel müzakirələrdə iştirak edib YENİLƏNİB

Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər

Vanq Huiyao: Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq

Prezident: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı

Prezident İlham Əliyev: Bağlantılar və dəhlizlər Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

Azərbaycan Prezidenti: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

Azərbaycan və Böyük Britaniya hərbçiləri kibertəhlükəsizlik təlimində iştirak ediblər

Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizin də çox böyük potensialı var

“Nəsillərin dialoqu” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub

Prezident İlham Əliyev: Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır

Polis Nəsimi rayonunda profilaktik tədbirlər keçirib

Milli İncəsənət Muzeyində konseptual düşüncə tərzinin inkişafına dair sərgi açılıb

Macarıstan spa turizmi bumuna hazırlaşır

Marko Rubionun Münxendəki çıxışı rezonans doğurub

Efiopiyada 39-cu Afrika Birliyi Sammiti işə başlayıb

Bakı və Sumqayıt şəhərlərində dələduzluq və oğurluq faktları qeydə alınıb

Premyer Liqa: "Qarabağ"dan çətin qələbə

Azərbaycan nümayəndələri Qazaxıstanda keçirilən beynəlxalq forumda iştirak edirlər

Paytaxtda su sayğacı oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb

Uşaqlar üçün nəzərdə tutulan ətirlər ekspertlərdə narahatlıq doğurur

Banqladeşdə seçkilərdən sonra baş verən toqquşmalarda 3 nəfər ölüb

NDU ilə Marmara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Rubio: ABŞ və Avropa dünya nizamını birgə islah edə bilər

Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb

Təhsildə əməkdaşlıq: Şərqi Zəngəzurda məktəblərarası pedaqoji körpü qurulur

Baş həkim: Dəm qazından zəhərlənən uşaqların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir VİDEO

Baş həkim: Dəm qazından zəhərlənən uşaqların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir VİDEO

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 nəfər saxlanılıb

Müdafiə Nazirliyində 2025-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib

Teleradio Akademiyasında “Ekran-efirdə ədəbi tələffüz və publisistik üslub” mövzusunda təlim təşkil olunub

Yeganə Hacıyeva: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın əsas dayaqlarından biri kimi çıxış edir

Armin Laşet: Sülh prosesi sayəsində Azərbaycan üçün tamamilə yeni imkanlar yaranıb VİDEO

Armin Laşet: Sülh prosesi sayəsində Azərbaycan üçün tamamilə yeni imkanlar yaranıb VİDEO

Tərtərdə növbəti ağacəkmə aksiyası: 400 Eldar şamı əkilib

Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb VİDEO

Qazaxıstan Konstitusiyasının layihəsində 100-dən çox etnos və 20 konfessiya birliyi təsbit olunub

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub YENİLƏNİB

Türk ekspert: COP31 Ankaranın iqlim diplomatiyası sahəsində mövqelərini gücləndirəcək

Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə sərgilər açılıb

YAP Xətai rayon təşkilatının təsis olunmasının 33 illiyi qeyd edilib

Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb VİDEO

BVF: Türkiyənin inflyasiya ilə mübarizədə atdığı addımlar uğur gətirir

Masallıda qanvermə aksiyası təşkil olunub

Burhanettin Duran: Həqiqətin təhrif edildiyi bir dövrdə məsuliyyətli və etik jurnalistika böyük əhəmiyyət daşıyır

Sabahın hava proqnozu: paytaxtda yağış, rayonlarda duman olacaq

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinə kitablar hədiyyə edib

Maka Boçorişvili: Orta Dəhliz təkcə nəqliyyat yolu deyil, həm də təhlükəsiz, sürətli və effektiv iqtisadi körpüdür

Qazaxıstan, Qırğızıstan və Özbəkistan su və enerji əməkdaşlığı sahəsində koordinasiyanı gücləndirir

Yevlax Regional Xəstəxanası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

DİN sutka ərzində törədilən 72 cinayətin üstünü açıb: 150-dən çox şəxs saxlanılıb

FHN daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

Ağcabədidə 7 kiloqram narkotik vasitə aşkarlanıb

Tozlu rəflərdən ürəklərə: kitabın dəyişdirici gücü

“Varlı qadın” yenidən tamaşaçılarla görüşə gəlir VİDEO

“Varlı qadın” yenidən tamaşaçılarla görüşə gəlir VİDEO

Yol polisi sürücülərə təhlükəsizlik tədbirləri ilə bağlı müraciət edib

Misli Premyer Liqası: Tura “Qarabağ”ın oyunu ilə start verilir

Oxumaq gözəldir, paylaşmaq daha gözəl - Beynəlxalq Kitab Bağışlama Günü

Azərbaycan səmasının keşikçiləri – FOTOLAR

Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Alp dağlarında 3 xizəkçi həlak olub

Aeroport şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB

Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

Türkiyə klubu almaniyalı baş məşqçi ilə vidalaşıb

Kubada neft emalı zavodunda yanğın baş verib

Media: OPEC apreldə hasilatı artırmağı planlaşdırır

Bilet fırıldaqçılığı Luvr muzeyinə 10 milyon avro ziyan vurub

ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir

Corc Vaşinqton Universitetinin Tekstil Muzeyində "Azərbaycan irsi" adlı sərgi keçirilib VİDEO

Corc Vaşinqton Universitetinin Tekstil Muzeyində "Azərbaycan irsi" adlı sərgi keçirilib VİDEO

Prezident: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil VİDEO

Prezident: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil VİDEO

Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı VİDEO

Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı VİDEO

Azərbaycan Prezidenti: Normallaşma prosesi uğurla irəliləyir VİDEO

Azərbaycan Prezidenti: Normallaşma prosesi uğurla irəliləyir VİDEO

Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq VİDEO

Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq VİDEO

Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib VİDEO

Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib VİDEO

Azərbaycanlı idmançılar Batumidə "Grand Bellagio Championship" beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan Mərakeşdə Ana Dili Günü münasibətilə təşkil olunmuş tədbirdə təmsil olunub

Parisdə jandarmlara hücum edən şəxs güllələnib

Fransada irqçiliklə mübarizə gücləndiriləcək

Ukraynanın enerji infrastrukturuna hücumlar əhali üçün ağır nəticələrə səbəb olub

Türkiyə Superliqası: "Qalatasaray" 3 xalı darmadağınla qazanıb

Rüfət Mahmud: “Turan ruhu” kolleksiyasının seçilmiş nümunələri beynəlxalq səviyyədə tanıdılacaq

Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq

Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib VİDEO

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib VİDEO

Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb VİDEO

Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında Tramp Marşrutu layihəsinin əhəmiyyətindən danışıb

“Dastan” brendinin yeni kolleksiyasının təqdimatı keçirilib

Ərəb politoloq: Azərbaycan postmünaqişə mərhələsində praqmatik və gələcəyə yönəlmiş yanaşma nümayiş etdirir

Mingəçevir Dövlət Universitetində keçirilən forumda 29 ali təhsil müəssisəsi təmsil olunub VİDEO

Mingəçevir Dövlət Universitetində keçirilən forumda 29 ali təhsil müəssisəsi təmsil olunub VİDEO

Bəxtiyar Vahabzadənin xatirəsi Şəkidə yad edilib

Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub