Tərtərdə növbəti ağacəkmə aksiyası: 400 Eldar şamı əkilib
Tərtər, 14 fevral, AZƏRTAC
Tərtər şəhərində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Elman Səfərov küçəsində 400 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.