Polis Nəsimi rayonunda profilaktik tədbirlər keçirib
Bakı, 14 fevral, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən rayon ərazisində hüquqpozmalara qarşı növbəti profilaktik tədbir keçirilib.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlər zamanı məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, qanunsuz küçə ticarəti, xırda xuliqanlıq, məişət səs-küyü və digər qanun pozuntuları ilə əlaqədar faktlar aşkarlanıb.
Spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən və dayanma-durma qaydalarını pozan sürücülər barəsində də inzibati tədbirlər görülüb. “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən sürücülər də müəyyən olunub. Qayda pozan sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb.
Rayon ərazisində avtobus və ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə də profilaktik tədbirlər həyata keçirilib.
Nəsimi rayonunda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.02.2026 [19:34]
Vəkillər Kollegiyasının nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub
- 14.02.2026 [19:04]
Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olunub
- 14.02.2026 [16:56]
Bakı və Sumqayıt şəhərlərində dələduzluq və oğurluq faktları qeydə alınıb
- 14.02.2026 [16:06]
Paytaxtda su sayğacı oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb
- 14.02.2026 [15:13]
Dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb
- 14.02.2026 [13:22]
YAP Xətai rayon təşkilatının təsis olunmasının 33 illiyi qeyd edilib
Fransada irqçiliklə mübarizə gücləndiriləcək
- 13.02.2026 [23:57]
Türkiyə Superliqası: "Qalatasaray" 3 xalı darmadağınla qazanıb
- 13.02.2026 [23:08]
Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq
- 13.02.2026 [22:41]
Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb
- 13.02.2026 [22:07]
“Dastan” brendinin yeni kolleksiyasının təqdimatı keçirilib
- 13.02.2026 [21:54]
Bəxtiyar Vahabzadənin xatirəsi Şəkidə yad edilib
- 13.02.2026 [21:05]
Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub
- 13.02.2026 [20:29]