Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Saatlı rayonunun "Su-20" qəsəbəsində gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş “Kompüter savadlılığı” və “Gənclərin maarifləndirilməsi” mövzularında tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, "İqtisadi İnkişaf və Sosial Tədqiqatlar" İctimai Birliyinin sədri İlkin Əhmədov çıxışında gənclərin müasir bilik və bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıb. O, bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı təşkilinin gənclərin şəxsi və peşəkar inkişafına mühüm töhfə verdiyini bildirib.
Görüşlər zamanı gənclərin kompüter savadlılığının artırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də mövcud imkanlar barədə məlumatlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, "İqtisadi İnkişaf və Sosial Tədqiqatlar" İctimai Birliyi tərəfindən gənclərin maarifləndirilməsinə və inkişafına yönəlmiş layihələrin davam etdirilməsi nəzərdə tutulur.