Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
Tbilisi, 29 sentyabr, AZƏRTAC
Dünya Bankının yeni araşdırması Orta Dəhlizin artan rolunu və iqtisadi potensialını bir daha təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Dünya Bankının Orta Dəhlizlə bağlı hesabatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırda həyata keçirilən tədbirlər və infrastruktur layihələri hesabına 2040-cı ilədək Orta Dəhlizin yük dövriyyəsinin təxminən dörd dəfə artacağı, yükdaşımaların müddətinin isə təxminən üçdə iki azalacağı gözlənilir.
Nazir müavini qeyd edib ki, araşdırmaya əsasən, dəhliz boyunca yerləşən regionda ÜDM təxminən 3,3 faiz artacaq və təxminən 2 milyon yeni iş yeri yaradılacaq.
Qeyd edək ki, Dünya Bankının hesabatında vurğulanır ki, bu faydalar dəhliz boyunca yerləşən doqquz ölkədə – Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanda – əldə edilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]