CƏMİYYƏT


Azərbaycanda “Pfizer” vaksininin istifadəsinə başlanılıb

Bakı, 7 iyun, AZƏRTAC

Bu gündən etibarən Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlənmə məqsədilə “Pfizer” vaksininin istifadəsinə başlanılıb.

Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hazırda ölkəmizdə 218 min doza “Pfizer” vaksini mövcuddur.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər.

Qeyd edək ki, "Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

Xatırladaq ki, Azərbaycanda peyvəndləmə prosesində “Sinovac” şirkətinin “CoronoVac”, “AstraZeneca” şirkətinin "Vaxzevria”, Rusiya istehsalı olan “Sputnic V” vaksinləri də tətbiq olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.