Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanın sığorta-pensiya sahəsindəki islahatlarda Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 3 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının pensiya üzrə missiyası ilə görüş keçirilib. Missiyaya Dünya Bankının sosial müdafiə üzrə baş mütəxəssisi, tapşırıq qrupunun rəhbəri xanım Asta Zviniene, baş iqtisadçı Zoran Anusic, səhiyyə üzrə baş mütəxəssis xanım Elvira Anadolu daxildir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşdirilməsi sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan islahatların Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə uğurla davam etdirildiyini vurğulayıb: “Bu islahatlar sığorta-pensiya sistemini də əhatə edib və ölkədə beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya modeli formalaşıb. Mütərəqqi dünya təcrübəsində sığorta-pensiya sistemi ilə bağlı mövcud olan ən mühüm elementləri özündə birləşdirən bu model pensiya təminatında sığorta prinsiplərinə keçidi uğurla təmin edib”.

S.Müslümov bildirib ki, qurulmuş sığorta-pensiya sistemi əmək haqları, sosial sığorta ödənişləri və pensiya təminatı arasında üzvi əlaqəni təmin edir. Ölkəmizin sosial-iqtisadi inkişafı şəraitində əmək haqlarının mütəmadi artımı, toplanan sosial sığorta haqlarının artımı ilə nəticələnir ki, bu da pensiya məbləğlərinin yüksəlməsinə imkan yaradır: “Azərbaycanda pensiyaların orta aylıq məbləği 2003-2015-ci illərdə 10,3 dəfədən çox, 2016-cı ilin 9 ayında 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artıb. Pensiyaların orta aylıq məbləği artıq pensiyaçılar üçün yoxsulluq həddini 2 dəfəyə yaxın üstələyir. 2006-cı ilin əvvəlindən ölkəmizdə tətbiq olunan müasir sığorta-pensiya sistemi vətəndaşların da gələcəkdə layiqli pensiya təminatına malik olmaq baxımından bu sistemdə fəal iştirakını stimullaşdırıb. Həmin vaxtdan sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı ötən dövrdə 3 dəfədən çox artaraq 3 milyon 300 min nəfəri ötüb. Nəticədə, pensiyaların maliyyə təminatı üçün vacib faktor kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artmaqda davam edir və bu ilin 9 ayında bu artım ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz təşkil edib. O da müsbət məqamdır ki, qeyri-büdcə sektorundan daxilolmalarda mütəmadi artım qeydə alınır. Bu artım tendensiyası ölkədə pensiyaların hər ay nəzərə tutulan qrafik üzrə maliyyələşdirilməsinə imkan verib”.

S.Müslümov nazirliyin digər elektron sistemləri kimi, avtomatlaşdırılmış sığorta-pensiya sisteminin, ümumiyyətlə bu sahədə həyata keçirilən islahatların Dünya Bankı, BMT İP, Beynəlxalq Sosial Təminat Assosiasiyası kimi nüfuzlu qurumlar tərəfindən qabaqcıl təcrübə kimi yüksək dəyərləndirildiyini ifadə edib: “Hazırda əmək və sosial müdafiə sahələri üzrə 30-a qədər elektron xidmətlər mövcuddur ki, onlardan mühüm bir hissəsi də sığorta-pensiya sisteminə aiddir. Həm sosial sığorta sahəsində, həm də pensiya təyinatı üzrə bütün xidmətlərdən vətəndaşlar müvafiq quruma müraciət etmədən elektron müstəvidə faydalanmaq imkanlarına malikdirlər”.

Dünya Bankı ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs edən nazir əmək və sosial müdafiə sistemində aparılan islahatlarda bu əməkdaşlığın, birgə icra edilən “Sosial müdafiənin inkişafı” layihəsinin dəyərli töhfələr verdiyini diqqətə çatdırıb. Bundan sonra da sosial müdafiə sisteminin təkmilləşdirilməsi işlərində Dünya Bankı ilə əməkdaşlığın məqsədyönlü şəkildə davam etdirilməsi diqqətdə saxlanacaq.

“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq sığorta-pensiya sistemində islahatların davam etdiriləcəyini vurğulayan S.Müslümov qarşıda duran əsas hədəflər barədə məlumat verib.

A.Zviniene, Z.Anusic, E.Anadolu ötən dövrdə Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan islahatların bu sahənin, eləcə də sığorta-pensiya sisteminin mütərəqqi mexanizmlər üzərində formalaşmasına səbəb olduğunu və Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıblar. Onlar bu islahatlarda Azərbaycan hökumətinin Dünya Bankı ilə səmərəli əməkdaşlığından məmnunluqla söz açaraq, təmsil etdikləri qurumun bu əməkdaşlığı davam etdirmək niyyətində olduğunu qeyd ediblər.

Görüşdə islahatlar prosesi ilə əlaqədar əməkdaşlıq müstəvisində birgə fəaliyyətin nəticələri nəzərdən keçirilib. Qarşıdakı dövrdə atılacaq addımlara, əməkdaşlığın gələcək istiqamətlərinə və sığorta-pensiya islahatları ilə əlaqədar növbəti üç ildə Dünya Bankının texniki dəstək göstərə biləcəyi sahələrin müəyyən olunmasına dair müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar