SİYASƏT


Azərbaycanın xarici işlər naziri Gürcüstanda helikopter qəzası nəticəsində insan tələfatı ilə əlaqədar gürcü həmkarına başsağlığı verib

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda baş vermiş helikopter qəzası nəticəsində insan tələfatı ilə əlaqədar gürcüstanlı həmkarı İlya Darçiaşviliyə tviterdəki hesabında başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, nazir başsağlığında Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması xəbərindən dərindən kədərləndiyini ifadə edib. Həlak olanların ailələrinə və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı verən Ceyhun Bayramov Azərbaycanın bu çətin gündə Gürcüstanın yanında olduğunu bildirib.

Xatırladaq ki, Gürcüstanın Qudauri bölgəsində baş vermiş helikopter qəzası nəticəsində 8 nəfər həlak olub. Həlak olanların 4-ü ekipaj üzvü, 2-si xilasedici, 2-si isə tibb işçisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.