İQTİSADİYYAT


Azərbaycanla Moldovanın ticarət dövriyyəsi 6,5 milyon dollara çatıb

Kişineu, 17 noyabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 6,5 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Milli Statistika Bürosu məlumat yayıb.

Bildirilir ki, 10 ay ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 2,8 milyon dolları ötüb. Azərbaycandan Moldovaya isə 3,7 milyon dollar dəyərində məhsul ixrac olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.