İQTİSADİYYAT


“Azeri Light” neftinin bir barreli 38,84 dollara satılır

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan neftinin qiyməti ucuzlaşır.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar ucuzlaşaraq 38,84 dollar təşkil edib.

Qeyd edək ki, “qara qızıl”ın qiyməti Avropada artan COVID-19-a yoluxma sayı, Hindistan kimi böyük iqtisadiyyata malik ölkədə epidemiyanın hələ də nəzarətdə saxlanılmaması, bir çox ekspertlərin qlobal neft tələbatının virusdan əvvəlki səviyyəyə qayıdacağı ilə bağlı proqnozlarını mənfi şəkildə dəyişdirməsi fonunda ucuzlaşır. Pandemiyanın davam etməsi nəticəsində tələbatın çox aşağı səviyyəsində qalması neft qiymətlərinə əsas təsir edən amildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.