MƏDƏNİYYƏT
BƏDİİ ÖZFƏALİYYƏT KOLLEKTİVLƏRİNİN BAXIŞ-MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 illik yubileyi ilə əlaqədar muxtar respublikanın Mədəniyyət, Təhsil, Gənclər, İdman və Turizm nazirliklərinin keçirdikləri bədii özfəaliyyət kollektivlərinin baxış- müsabiqəsinə yekun vurulmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, müsabiqədə muxtar respublikanın altı rayonundan 30-dan çox bədii özfəaliyyət kollektivləri və xeyli solo ifaçılar iştirak etmişlər. Culfa rayonunun Dizə kənd mədəniyyət evinin üzvü Rəqsanə İbrahimli, bədii qiraət, Babək rayon mədəniyyət evinin üzvü Şəhla Dünyamalıyeva rəsm və dekorativ tətbiqi sənət üzrə birinci yeri tutmuşlar.
Baxış-müsabiqənin yekununa görə Şərur xalq teatrı birinci, Şahbuz rayonundakı Badamlı kənd mədəniyyət evi ikinci, Ordubad xalq teatrı isə üçüncü mükafatı əldə etmişdir.
Axırda qaliblərə nazirliklərin diplomları və qiymətli hədiyyələr verilmişdir.