SİYASƏT
BAKININ İŞĞALDAN AZAD EDİLMƏSİNİN 86-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ MÜSABİQƏ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi bu münasibətlə kütləvi informasiya vasitələri arasında avqustun 20-dən sentyabrın 10-dək “Bakının işğaldan azad olunmasının tarixi və siyasi əhəmiyyəti” mövzusunda müsabiqə keçirir. Müsabiqə üçün məqalələrdə imzadan sonra “Yazı Bakının işğaldan azad olunmasının 86-cı ildönümü münasibətilə KİV-lərdə keçirilən müsabiqəyə təqdim edilir” sözləri yazılmalı və onun dərc olunduğu qəzetlərin bir nüsxəsi sentyabrın 11-dək müəllifin özü tərəfindən Bakı şəhəri, Dağıstan küçəsi, 40 (tel: 449-94-05) ünvanında yerləşən Təşkilat Komitəsinə təqdim edilməlidir.
Qalibləri sentyabrın 15-də münsiflər heyəti müəyyənləşdirəcək və I, II, III yerləri tutanlara mükafatlar, fəxri fərmanlar, bütün digər iştirakçılara isə xatirə hədiyyələri veriləcəkdir.