SİYASƏT
BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN MƏLUMATI
Özünü Birləşmiş Müxalifət Hərəkatı adlandıran qurumun Ağsaqqallar Şurası mayın 18-də Yasamal rayonunda – Dövlət Film Fondu binasının (kecmiş “Qələbə” kinoteatrının) qarşısındakı meydanda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirmişdir.
Saat 13-dən 15-dək davam edən toplantıda müxalif partiyaların 350 nəfərə qədər üzvü və təəssübkeşi iştirak etmişdir.
Mayın 18-də saat 16.30-da elə həmin meydanda Azərbaycan Milli İstiqlal Partiyası da razılaşdırılmış mitinq keçirmişdir.
Bir saata yaxın davam edən bu tədbirdə isə partiyanın təxminən 1000 nəfər tərəfdarı iştirak etmişdir.
Hər iki toplantıda ictimai asayişin və hüquq qaydalarının kobud surətdə pozulması halları qeydə alınmamışdır.