ELM VƏ TƏHSİL
BAKI- TBİLİSİ – CEYHAN BORU KƏMƏRİNİN KEÇDİYİ ƏRAZİLƏR TƏDQİQ EDİLİR
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya
İnstitutunun arxeoloji xidmət şöbəsinin müdiri, Bakı-Tbilisi–Ceyhan layihəsi üzrə arxeoloji işlərin rəhbəri Qoşqar Qoşqarlı AZƏRTAC-ın müxbirinə demişdir ki, ekspedisiyamız mart ayında Samux rayonu ərazisindəki qədim yaşayış məskənlərində tədqiqat işlərinə başlayacaqdır. Bu işlər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri Samux rayonunun ərazisindən keçənədək başa çatmalıdır. Çətinliyimiz ondan ibarətdir ki, tunc dövrünün yaşayış məskəni üzərində sonradan müsəlman qəbiristanlığı salınmışdır. Müsəlman qəbirləri təmizlənib başqa yerə köçürüldükdən sonra isə alt qatda olan tunc dövrü təbəqəsi öyrəniləcəkdir.