İQTİSADİYYAT
BANK STANDARD YANVAR AYINA YEKUN VURMUŞDUR
AZƏRTAC xəbər verir ki, Bank Standard ilin birinci ayına yekun vurmuşdur. Yanvar ayında bankın aktivləri 32,5 milyon manat artaraq, 285,1 milyon manat təşkil etmişdir.
Yanvarın 31-nə müştərilərə 143,5 milyon manat kredit verilmişdir. Ötən ilin eyni dövrünə nisbətən fiziki və hüquqi şəxslərin kreditləşmə məbləği 95,2 milyon manat artmışdır.
Müştəri hesablarında vəsaitin məbləği yanvarın 31-nə 140,1 milyon manat olmuşdur. Bu, ötən ilin yanvarı ilə müqayisədə 90,6 milyon manat çoxdur.
Fiziki və hüquqi şəxslərdən cəlb olunmuş depozitlərin ümumi məbləği yanvarın 31-nə 103,7 milyon manata çatmışdır.
Bankın məcmu kapitalı yanvarın 31-nə 23,8 milyon manata çatmış, ötən ilin dekabr ayı ilə müqayisədə 1,2 milyon manat artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:12]
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib
- 26.04.2024 [11:14]
XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib
- 26.04.2024 [10:09]
Dünya birjalarında neft bahalaşıb
- 26.04.2024 [10:08]
“Azeri Light” markalı neft ucuzlaşıb
- 25.04.2024 [20:00]