Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

BƏRDƏDƏ İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Fevralın 15-də Bərdə rayonunda 2005-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.

Müşavirədə rayon icra hakimiyyətinin başçısı Elman Allahverdiyev yola saldığımız ildə rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında qazanılan nailiyyətlər, qarşıya çıxan problemlər barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, ötən il Bərdədə 17 min 114 ton pambıq istehsal olunmuşdur ki, bu da əvvəlki ildəkindən 2 dəfə çoxdur. Hektarın məhsuldarlığı 6,1 sentnerdən 24,3 sentnerə çatdırılmışdır. 2005-ci ildə əkin sahəsi 2331 hektar artırılmış, 64 min ton tərəvəz, 45,4 min ton bostan məhsulları 5,1 min ton kartof, 1,9 min ton günəbaxan istehsal olunmuşdur. Taxılçılar rekord məhsul götürmüşlər. Hazırda rayonda 68,562 baş mal-qara, 128,588 baş qoyun-keçi bəslənilir. Ət, süd, yun, yumurta istehsalı əvvəlki illə müqayisədə xeyli artmışdır. Aqrar sahədə islahatların ikinci mərhələsi uğurla davam etdirilir. Rayonda süd emalı zavodu, 3 süd emalı sexi, 3 ət məhsullarının emalı və tədarükü sexi, 5 dəri qəbulu və emalı sexi, 3 kənddə aqroservis, 2 kənddə tərəvəz qəbulu məntəqəsi və konserv sexi və digər müəssisələr fəaliyyətə başlamışdır. Hesabat dövründə heyvandarlığın inkişafı üçün 18 təsərrüfata 550 milyon manat, bitkiçiliyin inkişafı üçün 15 təsərrüfata 364 milyon manat kredit verilmişdir.

Müşavirədə qeyd olunmuşdur ki, ötən il rayonda 20,7 milyard manatlıq sənaye məhsulalrı istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ildəkindən 5 faiz çoxdur. Son vaxtlar rayon ərazisində 27 səhmdar cəmiyyəti yaradılmış, 87 obyekt, 195 ədəd müxtəlif avadanlıq özəlləşdirilmişdir. Yeni yaradılmış “Bərdə-çınqıl”, “Qarabağ-pambıq”, “Bərdə-pendir” ASC-lərində yeni texnologiyaların tətbiqi nəticəsində istehsalın həcmi bir neçə dəfə artmışdır. Sahibkarlığın inkişafı üçün rayonda əlverişli şərait yaradılmışdır. Hesabat dövründə 68 fiziki və hüquqi şəxsə 1 milyard 909 milyon manat, 35 fiziki və hüquqi şəxsə kommersiya üçün 990 milyon manat, heyvandarlıq və əkinçiliyin inkişafı üçün 914 milyon manat kredit verilmişdir. Rayonda 33 min nəfərdən çox sahibkar fəaliyyət göstərir, ümumi daxili məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95,5 faiz təşkil edir.

2005-ci ildə rayonda pərakəndə əmtəə dövriyyəsinin həcmi 253,5 milyard manat təşkil etmiş, illik artım 17,8 faiz olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 283,3 milyard manat təşkil etmiş, əvvəlki ildəki göstərici 18,6 faiz artmışdır.

Müşavirədə qeyd olunmuşdur ki, ötən il əhaliyə göstərilən xidmətləri yaxşılaşdırmaq məqsədi ilə bir sıra tədbirlər görülmüş, rayona təbii qaz verilməyə başlamışdır. Bərdə şəhərində 4293 abonent təbii qazdan istifadə edir. Gələn il şəhərin bütünlüklə qazlaşdırılması nəzərdə tutulmuşdur.

Ötən il Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Saatlı və Yeni Daşkənd kəndlərində 240 yerlik, Xanağalı kəndində 200 yerlik yeni mktəb binaları tikilib istifadəyə verilmiş Məmmədli, Lənbəran və Xanqaraqoyunly kənd orta məktəblərində əsaslı, 20 məktəbdə cari təmir işləri aparılmışdır. Hazırda Bərdə şəhərində 280 yerlik yeni orta məktəb binası inşa olunur. Bir müddət əvvəl şəhərdə akademik Zərifə Əliyeva adına orta məktəb istifadəyə verilmişdir. Müşavirədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunmuşdur.

2005-ci ildə rayonda 7 kənddə ambulatoriya, 8 kənddə tibb məntəqəsi istifadəyə verilmiş, 5 kənd xəstəxanasında, 9 həkim ambulatoriyasında təmir-bərpa işləri aparılmış, mərkəzi xəstəxananın nəzdində səhiyyə-informasiya mərkəzi yaradılmışdır.

Hesabat dövründə bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatnın inkişafına 20,4 milyard manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çox investisiya yönəldilmiş, dövlət mülkiyyətinə 8,5 milyard manat, qeyri-dövlət mülkiyyətinə isə 17,9 milyard manat investisiya qoyulmuşdur. Abadlıq-quruculuq, tikinti işləri genişləndirilmiş, fərdi yaşayış binalarının tikintisinə 9,1 milyard manat vəsait xərclənmişdir. Şəhərin küçələrində 317 milyon manatlıq cari təmir işlər aparılmış, bu məqsədlə dövlət büdcəsindən ayrılmış 800 milyon manat vəsait hesabına ayrı-ayrı küçələrində səkiləri bərpa olunmuş yollara asfalt döşənmişdir. Tərtər çayı üzərində yeni körpü istifadəyə verilmişdir.

Müşavirədə qeyd olunmuşdur ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən rayonun abadlaşdırılması, yeni maşın və mexanizmlərin alınması üçün ötən il 3 milyard manat vəsait ayrılmışdır.

Müşavirədə bildirildi ki, şəhərin mərkəzində xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin abidəsi ucaldılmış, “Heydər Əliyev muzeyi” inşa olunmuşdur.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası ilə bağlı 2005-ci ildə 2761 yeni, o cümlədən 2296 daimi iş yeri açılmışdır.

Müzakirələrdə rayon maliyyə idarəsinin müdiri Zahid Məmmədov, təhsil şöbəsinin müdiri Rəhilə İsmayılova, mərkəzi xəstəxananın baş həkimi Etibar Mirzəyev, YAP rayon təşkilatının sədri İlham Ağayev, sahibkar Tofiq Kazımov, Qazıqurdalı bələdiyyəsinin sədri Vüqar Babayev və başqaları çıxış etmişlər.

Müşavirənin sonunda ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Müşavirənin işində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Prezidentin İcra Aparatının məsul işçisi Nuriddin Hüseynov iştirak etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək