BƏRDƏDƏ TƏNTƏNƏLİ YIĞINCAQ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bərdə rayon mədəniyyət evində keçirilən tədbirdə ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. “Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda məruzə dinlənilmişdir. Çıxış edən natiqlər müstəqilliyimizin qazanılmasında və möhkəmləndirilməsində xalqımızın böyük oğlu, görkəmli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açmışlar. Qeyd edilmişdir ki, Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, ölkəmizin Prezidenti İlham Əliyevin qətiyyəti nəticəsində müstəqilliyimiz möhkəmlənir, sosial-iqtisadi sahələrdə yeni-yeni uğurlar qazanılır.
Təntənəli yığıncağın iştirakçıları Prezident İlham Əliyevə müraciət qəbul etmişlər.