İQTİSADİYYAT
BƏRDƏDƏ VERGİ ÖDƏYİCİLƏRİNİN MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 11 saylı Yevlax ərazi vergiləri idarəsi Bərdədə seminar-müşavirə keçirmişdir. Müşavirədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” Qanunun müddəaları hərtərəfli müzakirə olunmuşdur. İdarə, müəssisə və təşkilat rəhbərlərinin, bələdiyyə sədrlərinin, sahibkarların iştirakı ilə keçirilən tədbirdə ərazi vergilər idarəsi vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Vasif Məmmədov yeni qanunun ayrı-ayrı müddəalarını geniş şərh etmişdir.
Müşavirə iştirakçıları respublikamızda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından, vergi islahatlarının əhəmiyyətindən, vergi intizamının vacibliyindən və digər məsələlərdən söhbət açmışlar.
Seminar-müşavirədə vergi ödəyicilərinin sualları da cavablandırılmışdır.