SİYASƏT


BBC Kəlbəcərdən reportaj hazırlayıb: ermənilər hətta pəncərə çərçivələrini, unitazları belə söküb özləri ilə aparırlar VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC

Əldə edilən razılaşmaya uyğun olaraq ermənilər Kəlbəcər rayonunu tərk edirlər.

AZƏRTAC xəbər verir ki, razılaşmanın icra olunduğunu “BBC News” kanalının Kəlbəcərdən hazırladığı reportaj da təsdiq edir.

Reportajda ermənilərin Kəlbəcəri tərk etmələri əks olunub. Reportajdan da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. Apara bilmədikləri hər şeyi isə yandırır, məhv edirlər. Onlar xüsusən də Kəlbəcərdə meşələri və evləri yandırmaqla daha çox ziyan vurmaq istəyirlər.

Bütün bu faktlar ermənilərin Azərbaycana aid ərazilərdə maddi-mədəni sərvətlərimizin dağıdılması və qarət olunmasını indi də davam etdirdiklərini bir daha sübut edir.

Xatırladaq ki, hələ oktyabrın 28-də Prezident İlham Əliyev “İnterfaks” agentliyinə müsahibəsində bu faktı bildirib. Dövlətimizin başçısı müsahibəsində deyib: “Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”.

Beləliklə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. BBC-nin reportajından da göründüyü kimi, torpaqlarımız müharibəsiz, qansız, şəhidsiz geri qaytarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.