ELM VƏ TƏHSİL


BDU: “Gələcəyin tarixi” klubu üzvlərinin şəhid ailələri ilə növbəti onlayn görüşü

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Gələcəyin tarixi” klubu üzvlərinin şəhid ailələri ilə növbəti onlayn görüşü olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə klubun rəhbəri, Tarix fakültəsinin tələbəsi Güllü Həsənzadə çıxış edərək 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun misilsiz şücaətindən, əsgərlərimizin qəhrəmanlıqlarından danışıb, şəhidlərimizin canı və qanı bahasına müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunduğunu vurğulayıb.

Şəhid Ərəstun Xıdırovun anası Səidə xanım, şəhid Elnur Nurullayevin anası Sevinc xanım, şəhid Veys İsmayılovun anası Zeynəb xanım Vətən yolunda şəhidlik zirvəsinə ucalmış övladlarının keçdikləri döyüş yolundan bəhs edib, onlarla fəxr etdiklərini deyiblər.

Çıxış edənlər dövlətimiz tərəfindən şəhid ailələrinə, müharibə iştirakçılarına daim qayğı göstərildiyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.