ELM VƏ TƏHSİL
BDU: Ötən gün 339 qrup üzrə 6995 tələbə imtahan verib
Bakı, 22 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası davam edir. Sessiya iyulun 2-dək gün ərzində iki növbədə onlayn (məsafədən) davam edəcək.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, ötən gün 339 qrup üzrə 6995 tələbə (314 nəfər “SABAH” qrupu olmaqla) imtahan verib. Universitetin Qazax filialında isə 499 tələbə imtahanlarda iştirak edib.
İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edirlər.
Sessiyanın təşkili və keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apellyasiya Komissiyası fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:13]
BDU-da “Türk otağı” açılıb
- 26.04.2024 [15:49]
BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir
- 26.04.2024 [15:35]
Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar
- 26.04.2024 [15:15]
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
- 26.04.2024 [15:09]
Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib
- 26.04.2024 [14:55]
Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub
- 26.04.2024 [14:43]