ELM VƏ TƏHSİL


BDU-da müstəqil Azərbaycanın hüquq sistemi haqqında seminar

Bakı, 25 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Tələbə Gənclər Təşkilatı və “Socialist Law Club” tərəfindən “Sovet hüquq sistemi ilə müstəqil Azərbaycanın hüquq sisteminin fərqləri” mövzusunda seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda hüquq elmlər doktoru, professor Xəyyam İsmayılov məruzə ilə çıxış edib. O, hüquq sistemi anlayışı ilə bağlı ümumi məlumat verib, sonra “Azərbaycanda hüquq sisteminin tarixi”, “Cümhuriyyət dövründə hüquq sistemi”, “Sovet dövründə Azərbaycanda hüququn mövcudluğu”, “Qanunvericilik sahəsində həyata keçirilən yeniliklər” və digər mövzulara toxunub.

Seminarda ölkəmizdə həyata keçirilən hüquqi islahatlar tarixi prizmadan nəzərdən keçirilib, müasir hüquq sisteminin keçdiyi inkişaf yolunun ilkin mərhələsində azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, müstəqil ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmiş hüquqi islahatların konsepsiyası haqqında məlumat verilib.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.