DÜNYA


BMT: Əfqanıstanda qida çatışmazlığı rekord həddə çatıb

BMT: Əfqanıstanda qida çatışmazlığı rekord həddə çatıb

Bakı, 27 yanvar, AZƏRTAC

Əfqanıstanda qida çatışmazlığının səviyyəsi bütün zamanların ən yüksək həddinə çatır və ölkənin demək olar ki, yarısı aclıqdan əziyyət çəkir.

AZƏRTAC “NBC News”a istinadla xəbər verir ki, bu barədə BMT-nin Qida Agentliyinin Kabildəki nümayəndəsi Filip Kropf bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə hər ikinci insan qidalanma ilə bağlı problemlər yaşayır. 40 milyon əhalisi olan ölkədə 7 milyon uşaq (5 yaşdan aşağı) və analar pis qidalanır.

O, 2021-ci ilin avqustunda Talibanın hakimiyyəti ələ keçirməsinin milyonlarla insanı daha da yoxsullaşdırdığını və eyni zamanda beynəlxalq yardımın dayandırıldığını qeyd edib.

F.Kropf əlavə edib ki, Əfqanıstanın humanitar böhranın qarşısını almaq üçün heç bir resursu qalmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.