REGİONLAR


BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Füzuli rayonunda erməni vəhşiliklərinin şahidi olub

Füzuli, 22 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos işğaldan azad olunmuş Füzuli rayonunda olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı həyata keçirilən vandalizmin, Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır. BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini Azərbaycanın mədəniyyət naziri Anar Kərimov müşayiət edib.

Səfər iştirakçıları əvvəlcə Qaraxanbəyli və Merdinli kəndlərində erməni barbarlığı ilə tanış olublar. Erməni vandalları 27 il ərzində kəndləri talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Qaraxanbəyli kəndindəki məscidi tamamilə dağıdıb, Merdinli kəndindəki məsciddən isə mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos sonra Füzuli şəhərinin xarabalıqları ilə tanış olub. “Araz” qəzetinin redaksiyasının, Mədəniyyət Evinin, Məhəmməd Füzulinin heykəlinin, 1879-cu ildə inşa edilmiş məscidin olduğu əraziyə baxış keçirilib. Hansı ki, bunların heç birindən əsər-əlamət qalmayıb, hamısı ermənilər tərəfindən dağıdılıb.

Migel Angel Moratinos Füzuli rayonunun Qarğabazarı kəndində qədim karvansaraya, hamam və XVII əsrə aid məscidin qalıqlarına da baxıb, ermənilərin törətdikləri vəhşiliklərin bilavasitə şahidi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.