DÜNYA
BÖYÜK BRİTANİYANIN MALİYYƏ NAZİRİ RİYAZİYYATI ZƏİF BİLİRMİŞ
AZƏRTAC Frans Press agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın maliyyə naziri Qordon Braun etiraf etmişdir ki, riyaziyyatı zəif bilir. 56 yaşlı nazir Mançester məktəblərindən birində olarkən 13 yaşlı şagirdin “Maliyyə naziri olmaq üçün riyaziyyatı yaxşı bilmək lazımdırmı?” sualına cavabında gülə-gülə demişdir: “Mən riyaziyyatı məktəbdə, bir il də universitetdə öyrənmişəm. Zənnimcə, bu fənni heç vaxt mükəmməl bilməmişəm. Bəzən deyirlər ki, bu hiss olunur”.
Edinburq Universitetinin tarix fakültəsinin məzunu olan Q. Braun artıq 10 ildir Böyük Britaniyanın Maliyyə Nazirliyinə başçılıq edir. Güman edilir ki, Baş nazir Toni Bleyer istefaya gedəndən sonra hökumətin başçısı məhz o olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]