SİYASƏT
“BUTA” AZƏRBAYCAN-KOREYA TƏLƏBƏ TƏŞKİLATININ İNTERNET SƏHİFƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Bakı, 11 iyun (AZƏRTAC). Koreya Respublikasında fəaliyyət göstərən “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının internet səhifəsi (www.buta.kr) yaradılımışdır. Saytda təşkilata aid ümumi məlumatlar, xəbərlər, tədbirlər, elanlar və digər yeniliklərlə tanış olmaq mümkündür.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, bu təşkilatın təsis konfransı 2009-cu il martın 21-də Seul şəhərində keçirilmişdir. Qurumun yaradılmasında əsas məqsəd Koreya Respublikasında təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanması, soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların Koreya ictimaiyyətinə çatdırılmasıdır.
“BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının sədri Koreyanın Gyeonqsanq Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə magistri Eltay Aslanovdur.