REGİONLAR


Babək şəhərində məhəllədaxili yollar abadlaşdırılır

Babək, 12 aprel, AZƏRTAC

Babək Rayon Yol-Təmir İstismar İdarəsi tərəfindən Babək şəhərinin məhəllələrində yollar abadlaşdırılır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, şəhərin daxili yolları hamarlandıqdan sonra qum-çınqıl qatı verilir. Layihə üzrə 38 kilometrlik məhəllədaxili yollar abadlaşdırılacaq.

Bu gün muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Babək rayonunun ən ucqar yaşayış məntəqələri də abadlaşdırılır. Rayonun Aşağı və Yuxarı Buzqov, Gərməçataq, Payız kəndlərində belə müasir yol infrastrukturu yaradılıb. Təkcə ötən il rayonun Nəcəfəlidizə kəndində aparılan kompleks quruculuq tədbirləri zamanı 5 kilometrlik avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Eyni zamanda, 1,1 kilometr uzunluğundakı kənddaxili yollara qum-çınqıl qatı verilib. Ümumiyyətlə, 2020-ci ildə Yol-Təmir İstismar İdarəsi tərəfindən rayon ərazisində 350 min manatdan çox iş icra olunub. İnsanların rahatlığına xidmət edən bu tədbirlər cari ildə də davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.