Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən ili uğurla başa vurub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən ili uğurla başa vurub

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən ili uğurla başa vurub. Dövlətimizin başçısının tövsiyəsi ilə BBMM, sadəcə, ölkə daxilində deyil, eyni zamanda, bir sıra xarici ölkələrdə də Azərbaycandakı etnomədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, bu modelin mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, dəyirmi masalar, görüşlər həyata keçirib. Tədbirlərdə Azərbaycandakı etnik qruplar, onların əsrlərboyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə də multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib, müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə fikirlər BBMM-in 2020-ci ilin yekunlarına həsr olunan hesabatında yer alıb.

Hesabatda qeyd edilir ki, 2020-ci ildə bütünlükdə dünya ölkələrində tüğyan edən pandemiya səbəbindən, BBMM-in də bir çox yerli və beynəlxalq səviyyəli tədbiri təxirə salınıb. Bəzi tədbirlər isə pandemiya şərtlərinə uyğun olaraq, onlayn şəkildə həyata keçirilib.

2020-ci ili Azərbaycanın Zəfər ilinə çevirən 44 günlük Vətən müharibəsi dövründə də Multikulturalizm Mərkəzi Azərbaycanın burada yaşayan bütün xalqların Ana Vətəni olduğunu bir daha vurğulayan fəaliyyət nümayiş etdirib.

Ötən il ərzində ölkə daxilində gerçəkləşən yerli və beynəlxalq əhəmiyyətli tədbirlər içərisində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş elmi konfransı, “Holokost və Xocalı – müasirlərin gözü ilə”, eləcə də Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş dəyirmi masaları, habelə Novruz bayramı münasibətilə ölkəmizdəki etnik qrupların və konfessiya nümayəndələrinin iştirakı ilə ənənəvi bayram tədbirini xüsusi qeyd etmək olar.

Mərkəzin xarici ölkələrdəki filiallarının ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və BBMM-in yaradılmasının 6 illiyinə həsr edilmiş tədbirlər, Azərbaycanda mövcud olan etnik və dini icmalarla birgə 15 iyun - Milli Qurtuluş Gününə ithaf edilən dəyirmi masa və “Qafqaz Albaniyası irsi” mövzusunda təşkil olunan konfrans da pandemiya şəraiti ilə əlaqədar onlayn şəkildə təşkil olunub. Eyni zamanda, ali məktəblərin bakalavr pilləsi üçün tədris proqramına əsas fənn kimi daxil olan “Multikulturalizmə giriş” fənnini tədris edəcək müəllimlər üçün treninqlərin təşkili də onlayn həyata keçirilib.

Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri və dini konfessiya rəhbərlərinin Dağlıq Qarabağda 44 günlük müharibə müddətində dövlətimizin başçısı İlham Əliyevə, Azərbaycan xalqına və beynəlxalq təşkilatların rəhbərlərinə müraciətləri və məktubları hazırlanaraq ünvanlara çatdırılıb, habelə ölkədaxili və xarici mətbuatda çoxsaylı müsahibələri təqdim olunub. Ermənilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törətdiyi mədəni terror və beynəlxalq təşkilatların bu mövzuya laqeyd münasibəti məsələsi də BBMM tərəfindən diqqət mərkəzində saxlanılıb.

BBMM-in Rusiya, ABŞ, Bolqarıstan, Almaniya nümayəndəliklərində, eləcə də Mərkəzin dəstəyi ilə Ukrayna və Xorvatiyada Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbirləri təşkil edilib.

Ənənəvi olaraq keçirilən Beynəlxalq Multikulturalizm Qış Məktəbinin X buraxılışı baş tutub. “Azərbaycan multikulturalizmi modelinin bəşəri sülhə töhfəsi” mövzusuna həsr edilən Qış Məktəbində 20-dən çox ölkədən 25 tələbə iştirak edib.

Ötən ilin 8-12 mart tarixlərində Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğunun təşkilatçılığı və ABŞ-ın Yuta ştatında yerləşən Stirlinq Fondunun dəvəti ilə həmin ştatda “Azərbaycan multikulturalizmi modeli və dinlərarası dialoq” mövzusuna həsr olunmuş beynəlxalq konfrans və bir sıra görüşlər keçirilib. Görüşlər çərçivəsində ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın dinlərarası harmoniya və multikulturalizm ənənələrini təqdir edən bəyannamə qəbul edib.

Xarici ölkələrdə reallaşdırılan tədbirlər sırasında BBMM və Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Taras Şevçenko adına Kiyev Milli Universitetində, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində, V.İ.Vernadski adına Tavriçeski Milli Universitetində, Boris Qrinçenko adına Kiyev Universitetində, “Jitomirskaya politexnika” Universitetində Azərbaycan multikulturalizmi modelinin təbliğinə istiqamətlənmiş mühazirə və təqdimatların, eləcə də esse müsabiqəsinin təşkilini xüsusi vurğulamaq lazımdır.

Həmçinin Brüsseldə “Mədəniyyətlərarası və dinlərarası dialoqda dini kimliyin rolu: Azərbaycan və Belçika modeli” və ABŞ-da "Multikulturalizm təhlükəsizliyin və barışın açarıdır" adlı beynəlxalq videokonfranslar təşkil olunub. Braziliya Federal Universitetində və Rio de Janeyro universitetlərində, Argentinanın Belqrano Universitetində, Buenos-Ayres Universitetində, Salvador və La-Plata universitetlərində, Uruqvayın Katolik Universitetində Azərbaycan multikulturalizmi modelinin təqdimatına həsr olunmuş silsilə onlayn seminarlar keçirilib.

Azərbaycan multikulturalizmi fənnini dinləyən ABŞ, Kamerun, Portuqaliya, Xorvatiya, Almaniya, Estoniya, Ukrayna və Qırğızıstandan olan tələbələrin 44 günlük Vətən müharibəsi dövründə videomüraciətləri və məktublar vasitəsilə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin sosial şəbəkələr üzərindən təbliği həyata keçirilib. Bununla yanaşı, Hindistanın Şri Şri Universiteti, Rumıniyanın Aleksandr İoano Kuza Universiteti, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetində və Yaponiyanın Hokkaydo Universitetində “Azərbaycan multikulturalizmi modeli və Dağlıq Qarabağ münaqişəsi” mövzusunda elmi seminarlar təşkil olunub.

Ötən ildə Avstraliyanın Qriffit Universiteti ilə BBMM arasında anlaşma memorandumu imzalanıb, Kliment Oxridski adına Müqəddəs Sofiya Universitetində “Azərbaycanda etnik və dini müxtəliflik” adlı elmi seminar təşkil edilib.

Multikulturalizm Mərkəzinin əməkdaşları 2020-ci il ərzində müxtəlif xarici ölkələrdə təşkil olunan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə qatılıb, məruzələrlə çıxış ediblər. Belə tədbirlər sırasında Albaniyanın paytaxtı Tirana şəhərində “ATƏT regionunda antisemitizmlə mübarizə” mövzusunda keçirilən konfransı, BMT-nin Azlıqların Məsələlərinə dair Forumunun 13-cü sessiyasını, Avropa Şurasının “Nifrət nitqi ilə mübarizə” üzrə ekspert komitəsinin birinci və ikinci toplantılarını, Rusiya-Azərbaycan Gənclər Forumunu və digərlərini qeyd etmək olar.

BBMM-in 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 22 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çexiya, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Rumıniya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. 2020-ci il ərzində 11 xarici ölkə universitetində (Ural Federal Universiteti - Rusiya, Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti - Bolqarıstan, Aleksandr İoan Kuza Universiteti – Rumıniya, İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti – Gürcüstan, Taras Şevçenko adına Kiyev Milli Universiteti - Ukrayna, Şri Şri Universiteti – Hindistan, Hokkaydo Universiteti - Yaponiya, Gadjah Mada Universiteti - İndoneziya, Frayburq Universiteti - İsveçrə, Braziliya Federal Universiteti – Braziliya, Erciyəs Universiteti - Türkiyə) Azərbaycan multikulturalizmi fənninin tədrisi davam edib. Qeyd edək ki, Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmrinə əsasən ölkədaxili bütün ali təhsil məktəblərində “Multikulturalizmə giriş” fənni bakalavr pilləsi üçün əsas fənn olaraq tədris proqramına daxil edilib və bu fənn 38 ölkədaxili universitetdə magistr pilləsində tədris olunur. 2020-ci il ərzində “Multikulturalizmə giriş” və “Azərbaycan Multikulturalizmi” fənlərini tədris edəcək şəxslərin hazırlanması üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan universitetlərinin 23 müəlliminin iştirak etdiyi treninq kursları təşkil edilib, treninqləri uğurla bitirən müəllimlərə müvafiq sertifikatlar verilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2020-ci il ərzindəki fəaliyyəti, müxtəlif layihələr çərçivəsində həyata keçirdiyi tədbirlər müntəzəm olaraq yerli KİV-lərlə yanaşı, xarici mediada da işıqlandırılıb. Malayziyanın Bernama xəbər agentliyində, İsrailin STMEGI və “The Times of Israel” xəbər portallarında, Almaniyanın nüfuzlu "Der Freitag" qəzetində və "News24" portalında, ABŞ-ın Fairfield Universitetinin rəsmi saytında, Türkiyənin elmi portalında, habelə Braziliyanın Rebe TV telekanalında Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən multikulturalizm siyasəti, Azərbaycan multikulturalizmi modeli, “Ermənistan-Azərbaycan münaqişəsi: sivilizasiyaların toqquşması?” mövzusuna həsr edilən bir çox məqalə və videomaterial təqdim edilib.

Multikulturalizm Mərkəzinin ingilis dilində “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı yeni beynəlxalq elmi jurnalının nəşri başlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir 

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb