REGİONLAR


Bakı Mühəndislik Universitetində "Bu yaz bir başqa yazdır"

Xırdalan, 16 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) "Bu yaz bir başqa yazdır" adlı təşkil edilən Novruz bayramı tədbirində ali məktəbin rəhbərliyi, müəllim-tələbə heyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə milli mətbəximiz, oyunlarımız və adət-ənənələrimiz nümayiş olunub.

BMU-nun rektoru, professor Havar Məmmədov bayram münasibətilə universitetin müəllim və tələbələrini təbrik edib. Azərbaycan xalqının adət-ənənələri, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr verən, milli ənənə və dəyərləri qoruyub saxlayan Novruzun tarixi və mahiyyəti barədə məlumat verən rektor bu bayramın təbiətin canlanmasının, eləcə də dostluğun, sülh və əmin-amanlığın təzahürü olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, keçmiş ittifaq məkanında milli bayramlara yasaq qoyulduğu bir vaxtda ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması, Novruz bayramının ən yüksək səviyyədə keçirilməsi üçün bütün imkanları yaradıb. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Arzu edirəm ki, bu bayramı tezliklə Qarabağda təntənə ilə qarşılayaq. Dövlət başçısı İlham Əliyevin siyasəti, güclü iradəsi sayəsində tezliklə buna nail olacağımıza inanıram”, - deyərək o əlavə edib.

Bayram tədbiri tələbələrin ifasında Novruza xas oyunlar, milli rəqslər və musiqi ifaları ilə davam edib.

Tədbirin sonunda universitetin həyətində Novruz tonqalı alovlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.