İQTİSADİYYAT
Bakı metrosunda daha iki yeni qatar bu gün xəttə buraxılacaq
Bakı, 29 iyun, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin sifarişi ilə iyunun 8-də gətirilən 4 yeni qatardan 2-si bu gün xəttə buraxılacaq.
AZƏRTAC xəbər verir ki, həmin qatarlar “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində hərəkət edəcək. Digər iki qatarda sazlanma işləri yekunlaşmaq üzrədir. Sınaq və tənzimləmə işləri yerinə yetirildikdən sonra onlar da yaxın günlərdə xəttə buraxılacaq. Bununla da yeni qatarlar 15-ə çatacaq.
Qeyd edək ki, ötən il “Metrovaqonmaş” SC ilə imzalanan müqavilədə 3 il müddətində hər il 20 vaqon olmaqla ümumilikdə 60 yeni nəsil vaqonların Bakıya gətirilməsi nəzərdə tutulub. Hər biri 5 vaqondan ibarət olan 4 qatar artıq Bakıdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]