CƏMİYYƏT
Bakı polisi: Paytaxtda məhdudiyyətlərin tətbiqinə başlanılıb
Bakı, 21 iyun, Məhərrəm Əlioğlu , AZƏRTAC
Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq paytaxtda məhdudiyyətlər tətbiq olunur.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhərində iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək məhdudiyyətlərin tətbiqinə başlanılıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən, iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək həmin ərazilərdə məhdudiyyətlər tətbiq olunacaq.