CƏMİYYƏT
Bakı şəhər sakininin idarə etdiyi avtomobildən müxtəlif növ narkotik maddələr götürülüb
Bakı, 25 iyul, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də saat 23 radələrində Bakı şəhər sakini T.Əliyevin idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı avtomobildə olan sərnişin qaçıb. Şəxsi axtarış zamanı T.Əliyevdən metamfetamin və heroin, avtomobilə baxış zamanı isə əlavə 64 qramdan çox metamfetamin və 28 qramdan artıq heroin aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçmış şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.