Bakıda “Time to Act” gənclər mübadiləsi proqramına başlanılıb
AzerTAg.az
Bakı, 6 iyul, AZƏRTAC
“Sağlam Düşüncə” Gənclər Təşkilatı iyulun 13-dək "Time to Act" adlı Erasmus+ gənclər mübadiləsi proqramına ev sahibliyi edir.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, proqramda ölkəmizlə yanaşı, Belçika, Gürcüstan, Türkiyə, Latviya, Portuqaliya, Rumıniya və Misirdən gələn gənclər iştirak edir.
İştirakçılar qlobal istiləşmə, iqlim dəyişikliyi, plastik çirklənmə kimi ekoloji problemləri müzakirə edəcəklər. Eyni zamanda, onlar teatr, rəqs vasitəsilə öyrənəcəklər ki, insanları necə bu problemlərin həlli üçün çalışmağa sövq etmək olar. Son gün iştirakçıların teatr səhnəsində ətraf mühit haqqında tamaşa nümayiş etdirmələri gözlənilir.





Xəbərin mətnində orfoqrafik səhv var