CƏMİYYƏT
Bakıda binadan kondisioner oğurlayan dəstə üzvləri saxlanılıblar VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunda “Müsavat” partiyasının yerləşdiyi binadan iki kondisioner oğurlayan dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş Zəngilan rayon sakinləri Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində tutulublar. Həmin şəxslərin oğurladıqları kondisionerlər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]