İQTİSADİYYAT
Bakının bəzi küçə və prospektlərində rənglənmə işləri aparılacaq
Bakı, 12 sentyabr, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Parlament prospektində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
Həmçinin saat 22:00-dan başlayaraq Rixard Zorge, Kövkəb Səfərəliyeva və A.Puşkin küçələrində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri görüləcək. Bu işlər sentyabrın 13-ü səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən həmin yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]