REGİONLAR
Balakənli kümçülərə ipəkqurdlarının paylanılmasına başlanılıb
Balakən, 1 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının 1075 qutusu aprelin 24-də Balakən rayonundakı keçmiş barama toxumu zavodunda inkubasiyaya qoyulub. Toxumların inkibasiya müddəti artıq başa çatıb və əldə olunan ipəkqurdlarının rayonun kümçülərinə paylanılmasına başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, iki gün ərzində 100-dək kümçüyə 320 qutu və ya 6 kiloqram 80 qram ipəkqurdu paylanılıb. Kümçülərə ipəkqurdlarının paylanılması prosesi növbəti üç gün ərzində başa çatdırılacaq.
Elvin Səmədovun sözlərinə görə, builki mövsümdə Balakəndə yaş barama istehsalının ötən illə müqayisədə 13 tondan çox artırılaraq, 43 tona çatdırılması planlaşdırılır.