CƏMİYYƏT


Baş Prokuror: Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunması vaxtı çox da uzaqda deyil

Bakı, 29 oktyabr, AZƏRTAC

Bərdə və Tərtər şəhərində törədilmiş cinayətləri diplomatik korpusun nümayəndələri, rəhbərləri, beynəlxalq və yeli KİV-lərin təmsilçiləri ilə birlikdə öz gözlərinizlə gördünüz. Bunlar hamısı faktdır. Prokurorluq orqanları olaraq bizim əsas missiyamız bu faktları, cinayət hadisələrini sənədləşdirmək və prosessual qaydada sübutları toplamaqdandır. Biz hazırda bununla məşğul oluruq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

Kamran Əliyev bildirib ki, Baş Prokurorluğun istintaq-əməliyyat qrupu oktyabrın 28-dən hadisə yerində işləyir. Dünən törədilmiş bu vəhşi cinayət nəticəsində qadınlar, yaşlı şəxslər də daxil olmaqla 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb. Onların arasında ağır yaralılar da var. Mülki infrastruktura çox ciddi ziyan dəyib. Bütün bu faktlarla bağlı istintaq hərəkətləri həyata keçirilir. Ondan bir gün əvvəl - oktyabrın 27-də Qarayusifli kəndində də yenə belə bir cinayət hadisəsi baş verib. Nəticədə beş nəfər, o cümlədən yeddi yaşlı qız həlak olub, çoxlu sayda yaralananlar olub.

“Müşahidələr bu cinayətlərin hamısının bir mərkəzdən törədildiyini göstərir. Sentyabrın 27-dən bu günədək prokurorluq orqanları tərəfindən 45 cinayət işi başlanıb. Raket zərbələrinin atılması nəticəsində müxtəlif ölüm faktları ilə bağlı 45 cinayət işi başlanıb. Hər bir iş üzrə istintaq-əməliyyat qrupları işləyir. Bu, Azərbaycanın cənubundan şimalına qədər bütün cəbhəboyu rayonlarda, hətta oradan xeyli kənarda olan faktlarla, Gəncədə raket zərbələri ilə və digər faktlarla bağlıdır. Bunların hamısının istintaqı hazırda ayrılıqda aparılır. Bunlar hamısı bir izahda birləşdirilməlidir. Çünki bunlar vahid mərkəzdən idarə olunur. Dinc əhaliyə, mülki əhaliyə qarşı törədilən, mülki infrastrukturun dağıdılması kimi müharibə cinayətləri barədə tapşırıqlar Ermənistanın hərbi-siyasi rəhbərliyindən verilir. Bununla bağlı bizdə kifayət qədər sübutlar var və bunları açıqlayacağıq. Mən bir daha sizləri əmin etmək istəyirəm ki, belə cinayəti törədənlərin məsuliyyətdən kənarda qalması tarixdə olmayıb. Ermənistanın hərbi-siyasi rəhbərliyinin də məsuliyyətə cəlb edilməsi vaxtı çox uzaqda deyil”, - deyə Baş prokuror Kamran Əliyev deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.