CƏMİYYƏT


Baş Prokurorluq: İşğaldan azad edilmiş ərazilərdə indiyədək 7 hərbi qulluqçu və 29 mülki şəxs minaya düşərək həlak olub

Baş Prokurorluq: İşğaldan azad edilmiş ərazilərdə indiyədək 7 hərbi qulluqçu və 29 mülki şəxs minaya düşərək həlak olub

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu Vətən müharibəsinin başa çatmasından ötən dövrdə işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və xəsarət alan şəxslərin statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2020-ci il noyabrın 10-dan hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu və 29 mülki şəxs həlak olub. Bundan başqa, 109 hərbi qulluqçu və 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xatırladaq ki, dekabrın 9-da səhər saatlarında Şuşa rayonu ərazisində iki mülki şəxs - “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev təmir-tikinti işləri apararkən minaya düşərək həlak olub. Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.