İDMAN
Batut gimnastımız Selcan Maqsudova Avropa çempionatının finalına yüksəlib
Bakı, 2 may, AZƏRTAC
Batut gimnastımız Selcan Maqsudova Soçidə keçirilən batut, tamblinq və ikili minibabut üzrə Avropa çempionatının finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, böyüklər arasında mübarizə aparan təmsilçimiz təqdim etdiyi proqrama görə, hakimlərdən 52,835 xal alaraq təsnifat mərhələsində səkkizinci olub və həlledici mərhələyə adlayıb.
Fərdi batut gimnastikası üzrə final yarışları mayın 2-də təşkil olunacaq. Həmin gün tamblinq üzrə final yarışlarında təmsilçimiz Mixail Malkin də medallar uğrunda mübarizə aparacaq.
Azərbaycanın gənclərdən ibarət tamblinq komandası artıq Avropa çempionatında bürünc medal qazanıb.
Qeyd edək ki, 23 ölkədən idmançıların iştirak etdiyi Avropa çempionatına mayın 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]