REGİONLAR
Beyləqanda 9600 hektardan çox sahədə pambıq becəriləcək
Beyləqan, 13 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq 1912 istehsalçı ilə 5317 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3358 hektarı “Azərpambıq” MMC və 1000 hektarı “P-Aqro” MMC ilə olmaqla, 9675 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Pambıq becəriləcək sahələr şumlanıb, qış aratına qoyulub. Hazırda şumun malalanması işləri həyata keçirilir. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə aprel ayının əvvəllərində başlanacaq.
Qeyd edək ki, 2018-ci ildə Beyləqan rayonunda 9560 hektar sahədə pambıq əkilib, 21,9 min ton məhsul istehsal edilib, orta məhsuldarlıq 22,9 sentner olub. 2017-ci illə müqayisədə pambıq əkini sahələri 11,8 faiz, məhsul istehsalı 6,2 ton, hər hektarın məhsuldarlığı isə 4,5 sentner artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]