Beynəlxalq axtarışa verilmiş iki şəxs Azərbaycana ekstradisiya edilib
AzerTAg.az

Bakı, 25 may, AZƏRTAC
Baş Prokurorluğun vəsatətləri əsasında Polşa Respublikası və Rusiya Federasiyası tərəfindən müvafiq olaraq "Ekstradisiya haqqında" 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyanın və müvafiq Əlavə Protokollarının, həmçinin “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Yusif Əliyev və Lamin Vəliyevin ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ərazisində Lamin Vəliyevin oğurluq, Yusif Əliyevin isə quldurluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan edilib.
Mayın 25-də Lamin Vəliyev və Yusif Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Xəbərin mətnində orfoqrafik səhv var