REGİONLAR
Biləsuvarda meyvə bağlarından 9 min tondan çox məhsul yığılıb
Biləsuvar, 24 dekabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda meyvə yığımı başa çatmaq üzrədir. Ötən il bağlardan 9 min 861 ton məhsul toplayan biləsuvarlı bağbanlar cari ildə də bol məhsul yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən ayları ərzində rayonda mövcud olan 1508,8 hektar meyvə bağından 9 min 524,4 ton meyvə toplayıblar. Yığılmış məhsulun 210 tonunu alma, 324 tonunu armud, 264 tonunu ərik, 96,4 tonunu albalı, 989,3 tonunu alça, 173 tonunu gilas, 364 tonunu gavalı, 107,1 tonunu şaftalı, 85 tonunu fındıq, 4 min 393,7 tonunu nar, 1305 tonunu heyva, 16,2 tonunu xurma, 236,5 tonunu əncir, 15,5 tonunu iydə, 73,4 tonunu əzgil, 519,8 tonunu göyəm təşkil edib. Bağbanlar, həmçinin bağlardan 337,6 ton giləmeyvə də toplayıblar.