CƏMİYYƏT
Bir damla qan bir həyata bərabərdir
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 7-də cümə namazından sonra Azərbaycan Talassemiya Federasiyasının və Məşədi Dadaş məscidinin təşkilatçılığı ilə “Bir damla qan bir həyata bərabərdir” devizi altında qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, qanvermə aksiyası Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına əsasən, Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunub. Aksiyaya 100-dən çox şəxs qatılsa da, yalnız 81 nəfərdən qan alınıb.
Qanvermə aksiyası iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş 18 aylıq Zəhra Quliyevanın xatirəsinə həsr edilib.