Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Birinci Avropa Oyunlarının ikinci günündə yunan-Roma güləşi yarışında Azərbaycanın 4 idmançısı mübarizə aparır [YENİLƏNİB] VİDEO

Güləşçimiz Elman Muxtarov bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Roman Amoyan ilə qarşılaşıb. Yüksək əzmkarlıq nümayiş etdirən atletimiz ermənistanlı rəqibini 9:1 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının güləş yarışlarında Azərbaycana ilk medalı qazandırıb.

19:43

Birinci Avropa Oyunlarının ilk gününün bütün finalçıları müəyyənləşib. Belə ki, rusiyalı Stepan Maryanyan (59 kq) Bolqarıstan idmançısı Soslan Daurov, Avropa çempionu Rəsul Çunayev (71 kq) macarıstanlı Balint Korpasi, dünya kubokunun sahibi Rafiq Hüseynov (80) Rusiya güləşçisi Yevgeni Saleev, ukraynalı Dmitri Timçenko (98 kq) rusiyalı İslam Moqamedovla üz-üzə gələcəklər.

13:53

Azərbaycan güləşçisi Rafiq Hüseynov üçüncü görüşünü də qələbə ilə başa vurub. Türkiyəli Selçuk Cebi ilə qarşılaşan dünya kubokunun sahibi qızıl medal uğrunda Yevgeniy Saleyev (Rusiya) - Viktor Sasunouski (Belarus) görüşünün qalibi ilə qarşılaşacaq.

13:35

Rəsul Çunayev birinci Avropa Oyunlarının finalına vəsiqə qazanıb. Bolqarıstanlı Svilen Kostadinova 1 dəqiqə 58 saniyədə qalib gələn Avropa çempionumuz həlledici görüşdə Mindia Tsulukidze (Gürcüstan) - Balint Korpasi (Macarıstan) görüşünün qalibi ilə yarışacaq.

12:59

Rəsul Çunayev növbəti qələbəsini qazanıb. Xorvatiya güləşçisi Dominik Etlingerə qalib gələn Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısı yarımfinalda bolqarıstanlı Svilen Kostadinov ilə üz-üzə gələcək.

12:46

Elman Muxtarov birinci Avropa Oyunlarında ikinci qələbəsini qazanıb. Pəhləvanımız dörddəbir final mərhələsində Stiq-Andre Berqeyə (Norveç) qalib gələrək yarımfinala yüksəlib.

Güləşçimiz finala gedən yolda Roman Amoyan (Ermənistan) - Stepan Mayanyan (Rusiya) qarşılaşmasının qalibini məğlub etməlidir.

Azərbaycan güləşçisi Rafiq Hüseynov da ikinci görüşünü tam üstünlüklə başa vurub. Daniel Aleksandrovdan (Bolqarıstan) üstün olan Avropa çempionu və dünya kubokunun sahibi yarımfinalda türkiyəli Selçuk Cebi ilə qarşılaşacaq.

12:23

Orxan Nuriyev növbəti qələbəsini qazanıb. Güləşçimiz Litva idmançısı Vilius Laurinaitisdən üstün olub və dörddəbir finala adlayıb. O, növbəti mərhələdə İslam Maqomedov (Rusiya) - Ardo Arusaar (Estoniya) qarşılaşmasının qalibi ilə yarışacaq.

11:44

Azərbaycan güləşçilərinin hamısı turnirə qələbə ilə başlayıblar. Rafiq Hüseynov da komanda yoldaşlarının uğurunu təkrarlayaraq, avstriyalı Mixael Vaqnerə tam üstünlüklə 1 dəqiqə 37 saniyədə qalib gəlib. 

Güləşçimiz dörddəbir finalda Bozo Straçeviç (Xorvatiya) - Daniel Aleksandrov (Bolqarıstan) mübarizəsinin qalibi ilə yarışacaq.

11:25

Heydər Əliyev adına İdman Sarayında tamaşaçılara növbəti qələbə sevincini Rəsul Çunayev yaşadıb. Moldovalı Daniel Kataqaranı məğlub edən güləşçimiz idmansevərlərin hərarətli alqışları ilə qarşılanıb.

Növbəti mərhələdə onun rəqibi Xorvatiya güləşçisi Dominik Etlinger olacaq.

11:23

Azərbaycanın daha bir güləşçisi də turnirə qələbə ilə başlayıb. Elman Muxtarov gürcüstanlı rəqibi Giza Meladzeni 5:3 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

O, dörddəbir finalda norveçli Stiq-Andre Berqe ilə üz-üzə gələcək. 

11:08

Turnirdə 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev ilk görüşünü isveçli Teodoros Tunisidisə qarşı keçirib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə güləşçimiz qalib gələrək səkkizdəbir finala yüksəlib.

Orxan Nuriyev növbəti mərhələdə Litva idmançısı Vilius Laurinaitis ilə qarşılaşacaq.

X X X

10:12:00

Bakı, 13 iyun, Səxavət Quliyev, Rəşad İsmayılov, AZƏRTAC

“Bakı-2015” birinci Avropa Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, bu mötəbər turnirin ikinci günündə - iyunun 13-də Heydər Əliyev adına İdman Sarayında güləş yarışlarına start verilib. Xalça üzərində 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri güclərini sınayacaqlar.

Yarışda mübarizə aparacaq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Elman Muxtarov (59 kq) gürcüstanlı Gizo Meladze, Rəsul Çunayev (71 kq) Moldova təmsilçisi Daniel Kataqara, Rafiq Hüseynov (80 kq) avstriyalı Mixael Vaqner, Orxan Nuriyev (98 kq) isə isveçli Teodoros Tunisidis ilə qarşılaşacaqlar.

“Bakı-2015”-in proqramına güləşin hər üç növü üzrə yarışlar daxil edilib. Ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. İyunun 15-16-da qadın güləşçilər, 17-18-də isə sərbəst güləşçilər yarışacaqlar.

Birinci Avropa Oyunlarının ikinci günündə yunan-Roma güləşi yarışında Azərbaycanın 4 idmançısı mübarizə aparır [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər